Əlaqə Arxiv
news Image
2018.05.14
16:48
| A A A
Prezident İlham Əliyev Malayziyanın yeni Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Malayziyanın Baş naziri Mahathir Məhəmmədə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir, Malayziyanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bakıdakı görüşümüzü ən xoş təəssüratlarla xatırlayır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Sizin Reklam Yeriniz