Əlaqə Arxiv
news Image
2018.05.15
14:40
| A A A
Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü başladı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk qQrupunun həmsədrləri ilə görüşü başlayıb. Movqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində qeyd edib.

Bildirilir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

Görüşdə E.Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazır olduğunu bəyan edib.

Sizin Reklam Yeriniz