Əlaqə Arxiv
news Image
2018.05.15
17:25
| A A A
Suriya müxalifəti Soçi görüşündən imtina etdi - Yenilənib

Suriya silahlı müxaifəti yalnız Astanada danışıqlar aparmaq niyyətindədir.
Movqe.az azvision.az-a istinadən xəbər verir ki, Suriya böhranının tənzimlənməsi üzrə 2 gündür keçirilən Astana danışıqlarında iştirak edən Suriya müxalifəti nümayəndə heyətinin sədri Əhməd Toma növbəti görüşün iyulda Soçidə keçiriləcəyilə bağlı sualı cavablandırarkən belə deyib.

“Biz bura ona görə gəlmişik ki, münaqişənin bütün aspektlərini Astanada və yalnız Astanada müzakirə edək. Əgər Suriyada atəşkəsə qarant dövlətlər danışıqların aparılması üçün başqa ölkə istəyirlərsə, onda bu, yalnız onlara aiddir. Biz yalnız Astananı istəyirik.” – deyə Toma bildirib. 

Qeyd edək ki, 2 gündür davam edən Astana danışıqlarının yekununa dair Rusiya, Türkiyə və İranın qəbul etdiyi birgə bəyannamədə Suriya münaqişəsinin tənzimlənməsi üzrə növbəti yüksək səviyyəli danışıqların iyulda Rusiyanın Soçi şəhərində keçirilməsi barədə qərar qəbul olunub.

Sizin Reklam Yeriniz