Prezident: Serbiya Azərbaycan şirkətlərinə subsidiyalar verməyə hazırdır
Serbiya azərbaycanlı sahibkarları ölkə iqtisadiyyatının bir sıra sahələrinə investisiya qoymağa çağırır.
Movqe.az-ın məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Serbiya Azərbaycan şirkətlərinə müxtəlif güzəştlər, imtiyazlar və subsidiyalar verməyə hazırdır.