Əlaqə Arxiv
news Image
2018.06.01
09:30
| A A A
İşğal siyasətinin fəsadlarını görən ermənilərin sayı artır
Sədrəddin Soltan: “Rəsmi İrəvanın və havadaralarının yürütüdüyü siyasət Ermənistanı mənasız bir dövlətə çevirib” Məhəmməd Əsədullazadə: “Bu gün Ermənistanda dövlət təsisatlarının laxlaması, demoqrafik problem məhz Qarabağ faktorundan qaynaqlanır”

“Ermənistan gərək Azərbaycanın işğal edilmiş ərazilərini işğaldan azad etsin”. Bunu “Vestnik Kavkaza” saytına açıqlamasında Ermənistan və Azərbaycan arasında Sülh Naminə Platformanın üzvü olan əslən bakılı erməni, polkovnik Eduard Bagiryan deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ konflikti nə ermənilərə, nə də azərbaycanlılara lazımdır. 

Qeyd edək ki, Ermənistanda, onun lobbi qüvləri arasında bu fikirdə olanların sayı artır. Siyasilərin sözlərinə görə, bunu şərtləndirən səbəblər var.  Siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, “Böyük Ermənistan” xəstəylinə yoluxmayan ermənilər məsələdən xəbərdardırlar: “İllər uzunu gerçəyi deyən ermənilər öz aralarında təzyiqə məruz qalıblar. Bütün dünyaya gün kimi aydındır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu işdə onlara ən böyük dəstəyi və yardımı edən də məlumdur. Həmin himayədarların vasitəsi ilə yaradılan və bu gün işğalçı olan Ermənistan yalnız geopolitik maraqlarını təmin etmək üçün xarici qüvvələrə lazımdır. Bu ölkənin bölgə dövlətləri üçün iqtisadi baxımdan heç bir faydası yoxdur. Elə böyük bazarı da yoxdur. 
Rəsmi İrəvanın və havadaralarının yürütüdüyü siyasət Ermənistanı mənasız bir dövlətə çevirib. Bölgədən keçən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən də kənarda qalıb. Bu vəziyyət Ermənistanı ələbaxımlı hala salıb. Ölkə əhalisi fürsət düşən kimi mühacirət edir. 20 ildir Ermənistan əhalisinin sayı 3 milyona çatmır. Bu və başqa bu kimi amillərə əsasən, ermənilər bəlalarının başında işğalın durduğunu anlamağa başlayıblar. Ancaq bu da aldadıcı ola bilər. Çünki bu etnik qrupun yalançı olduğunu tarix yaddan çıxarmayıb”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin ağırlığından meydana gələn inqilab və hakmiyyət dəyişikliyi ilk növbədə bu ölkənin işğalçılıq siyasətindən irəli gəlir: “25 ilə yaxındır ki, Ermənistan rəhbərliyi “Qarabağ” deyib  duraraq, etnik millətçiliyi inkişaf etdirib, ölkələrini regionda bütün lahiyələrdən təcrid ediblər. Bu gün Ermənistanda dövlət təsisatlarının laxlaması, demoqrafik problem məhz Qarabağ faktorundan qaynaqlanır. Bu işğal faktorunun nəticəsidir ki, Ermənistan düşdüyü vəziyyətdən çıxa bilmir. 
Azərbaycan-Ermənistan Sülh Platformasının üzvü olan ermənilər həqiqətləri görür və münaqişənin həllini ədalətli tərəfdarıdırlar. Bakıya təşrif buyuran erməni polkovnikinin dedikləri həqiqətdir. Dünya erməni lobbisinin bəzi dairələri də bu həqiqəti yaxşı anlayırlar. Onlar artıq Ermənistan üçün donor olmaq istəmirlər. Ona görə də yeni hakmiyyətdən münaqişənin tezliklə həllini istəyəcəklər. Ermənistan işğal etdiyi əraziləri geri qaytarmasa, orada heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Blokada bu ölkənin inkişafının qarşısın alır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz