Əlaqə Arxiv
news Image
2018.06.01
09:50
| A A A
“Siyasi partiya” pərdəsi altında fəaliyyət göstərən radikal mafiya üzvləri
Əli Kərimlinin “dostlarının” ifşa olunması AXCP-nin maliyyə mənbələri haqda maraqlı məqamları üzə çıxarır

Neçə illərdir AXCP adı altında guya siyasi işlə məşğul olan Əli Kərimli vı başının dəstəsi haqda meydana çıxan faktlar cəmiyyətdə heyrətlə qarşılanır. Axı, bu adam 30 ilə yaxındır ki, ortadadır və fəaliyyətinin ilk dövrlərində əhali arasında ona gənc milli kadr kimi böyük ümid bəsləyənlər vardı. Görünür, bu ümidlər onun  vəzifə tutmaq barədə etdiyi pafoslu çıxaşlarına görə sadə camaatda yaranmışdı. Lakin zaman göstərdi ki, bu şəxs öz ucuz şəxsi mənafeləri naminə meydana atılıb və məqsədi yalnız və yalnız özünə sərvət toplamaqdır. 

Hətta bir vaxtlar tale onun üzünə gülüb vəzifə də bəxş edib. Lakin o, bu vəzifədə çox qala bilməyib. Görünür, acgöz xisləti onu yandırıb. Məhz, eynilə acgözlüyü ucbatından hökumətə müxalif olmaq komediyasına start verib. Çünki, gənc olmasına baxmayaraq artıq Qərb siyasətçilərinə yol tapa bilmişdi və bilirdi ki, xarici qüvvələr yerli hökumətə təzyiq göstərmək üçün daxili dönüklərin fəaliyyətinə yaxşı pul buraxırlar. O, uzun illər əvvəldən bu işə elə bağlanıb ki, yalnız ürəyinin hökmü ilə çalışanlar belə canfəşanlıq edirlər. 
Aysberqin altından bixəbər jurnalistlər zaman-zaman Əli Kərimlinin zəngin yaşam tərzinə işarə ilə ona “Belə zəngin həyatı hansı vəsaitlə təmin edirsiniz?” sualını ünvanlasalarda, konkret cavab ala bilməyiblər. Üstəlik, daim “xalqın ağır güzəranından” bəhs edən və özünü kasıb-kusubun alternativsiz təəssübkeşi sayan bu şəxsin oğlunun Londonun bahalı universitetində hansı pulla at oynatdığını da öyrənmək mümkün olmamışdır. 
Amma bir atalar məsəlində deyilir ki, “cidanı çuvalda gizlətmək olmaz”. Bir neçə ildir qrant alverçilərinin indi açılan daha bir paxırı Əli Kərimli mafiyasının kəlmeyi-şəhadəti oxumaları effekti yaradıb. Mafiyanın bir neçə üzvü prokurorluq orqanları tərəfindən istintaqa cəlb olunub. Çünki, onlar Rusiyada cinayətkarlıq yolu ilə əldə etdikləri çirkli pulları ılaltdan Azərbaycanda çirkli işlərlə yuyurmuşlar.   
İndiyədək işsiz sayılan Əli Kərimlinin əməlli-başlı işi varmış: çirkli pulları yumaq. Biz dünyada baş verən bəzi siyasi proseslərdə çirkli pullardan istifadəni oxuyanda “gör nələr baş verir” deyə heyrətlənirik. Heç demə, gözümüz önündə AXCP-çilər bu məsələdə “qaz vurub, qazan doldururmuşlar”. 
İndi AXCP funksionerləri, eləcə də Milli Şura rəhbərliyi Əli Kərimlini hədəf götürüblər. Ayda 30 min dolların hara xərclənməsinin hesabını soruşurlar. Bu arada Meydan TV-nin Əli Kərimlinin oglu Türkel Kərimlinin Londonda zənci sevdası adı altında qara piar kampaniyası aparmasının da məqsədi aydınlaşıb. Əli Kərimli Rusiyadakı dostlarından daxil olan vəsaitin çox cüzi olmasını bəhanə gətirərək Meydan Tv-də reklamı üçün pul ayırmaması əks tərəfin adekvat addım atması ilə nəticələnib. Xaırladaq ki, sosial şəbəkələrdə tərəfdarlarını aldatdıgına görə Əli Kərimlinin ünvanına təhqirəmaiz fikirlər paylaşılmaqdadır.
Son hadisələr bir daha göstərdi ki, radikal düşərgə təmsilçilərinin əməkdaşlıqları da, dostluqları da maddiyat, konyuktur maraqlar üzərində qurulub. Vaxtilə onun yanında olanlar, AXCP-nin şinelindən çıxanlar gözəl bilirlər ki, bu pullar haradan, hansı yollarla gəlir. Bu səbəbdən Kərimlinin yalan-dolan sözləri Razi Nurullayevin cəbhəsində hiddələ qarşılanıb. Nurullayevin AXCP-sinin sədr müavini Ehtiram Mehdiyev ifşaedici məqamları üzə çıxarıb. O, deyib ki, Ə.Kərimlinin söylədiyi fikirlər ağ yalandır, ona müxtəlif mənbələrdən küllü miqdarda pullar gəlir: “Heç bir partiya maliyyəsiz fəaliyyət göstərə bilməz. AXCP-yə xarici donor təşkilatları, müxtəlif lobbi təşkilatları, o cümlədən beynəlxalq təşkilatlar, yerli, həmçinin özlərinin dəstək verdikləri, hansısa yollarla idarə etdikləri biznes qurumları köməklik edir. Bu pullar müxtəlif yollarla Kərimliyə ötürülür. Başqa cür partiya necə fəaliyyət göstərə bilər? Azərbaycanda Milli Məclisə düşə bilən siyasi partiyalar dövlət tərəfindən maliyələşdirilir. Ona görə də onlar maliyyə qaynaqlarını göstərə bilirlər. Digər siyasi partiyalar, o cümlədən Kərimli fəaliyyət göstərirsə, mitinqlər təşkil edə, mətbu orqanı, o cümlədən teniki işçilər saxlaya bilirsə, deməli partiyanın maliyyə qaynağı var. Bunu onun partiyadaşları da yaxşı bilir ki, Əli Kərimliyə pullar haradan gəlir. Onlara pullar müxtəlif adlar altında daxil olur. Maliyyə axını bu gün də davam edir. Əli Kərimli tamamilə yalan danışır”. 
N.NOVRUZ

Sizin Reklam Yeriniz