Əlaqə Arxiv
news Image
2018.06.01
21:30
| A A A
İran-Əfqanistan sərhədində 13 ton narkotik maddə müsadirə edilib

Son iki ay ərzində İranın Sistan və Bəlucistan ərazisində 13 tondan çox narkotik maddə müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, bunu İranın sərhəd polisinin rəhbəri, general Qasım Rzayi yerli mətbuata açıqlamasında deyib.

İranın Sistan və Bəlucistan vilayəti Əfqanistan ilə sərhəddə yerləşir. Hər iki ölkə arasındakı sərhəd xəttinin uzunluğu 900 kilometrdir. Bu sərhəddən istifadə etməyə çalışan qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edib narkotik maddələri Avropaya və ərəb ölkələrinə daşımağa cəhd göstərirlər. Lakin bu cəhdlərin qarşısı alınır.

General qeyd edib ki, hökumət sərhədlərin mühafizəsi üçün 700 milyon dollar vəsait xərcləyib. Narkotik qaçaqmalçılığının qarşısının alınması istiqamətində aparılan mübarizədə bu günə kimi sərhəd polisinin 4 min əməkdaşı həlak olub.

Sizin Reklam Yeriniz