Əlaqə Arxiv
news Image
2018.06.04
18:30
| A A A
Şimali Koreyanın müdafiə naziri və daha iki yüksək rütbəli zabiti vəzifəsindən azad edilib
Bunun bağlı Şimali Koreya lideri Kim Çen In fərman imzalayıb

Şimali Koreyanın xalq silahlı qüvvələri naziri Pak En Sık, Xalq Ordusu Baş Qərargah rəisi Li Men Su və ordunun Baş Siyasi İdarəsinin rəisi Kim Çon Qak tutduqları vəzifədən azad ediliblər.

“Movqe” “Lenta”ya istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya lideri Kim Çen İn fərman imzalayıb.
Qeyd edək ki, bəzi mənbələr ordu rəhbərliyində dəyişikliyi iyunun 12-də Sinqapurda ABŞ Prezidenti Donald Trampla Kim Çen İn arasında keçiriləcək görüşlə əlaqələndirirlər. Bildirilib ki, tutduqları vəzifədən azad edilən hərbi rəhbərlik Şimali Koreyanın nüvəsizləşməsinə, o cümlədən siyasi kursun dəyişdirilməsinə qarşı olub. Digər mənbə isə bunu rəhbərliyin gəncləşdirilməsi ilə əlaqələndirib. 

Sizin Reklam Yeriniz