Əlaqə Arxiv
news Image
2018.06.04
19:00
| A A A
Ali Məhkəmə bəzi saytların bloklanması ilə bağlı qərarı qüvvədə saxlayıb

Ali Məhkəmədə "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" radiosunun azadlıq.org və digər saytların bloklanması ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Mehparə Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edik ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azadlıq qəzetinin azadlıq.info, Azadlıq raiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə saytların bloklanması ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Sizin Reklam Yeriniz