Əlaqə Arxiv
news Image
2018.06.04
23:31
| A A A
Putinlə Kim Çen Inın görüş vaxtı məlum oldu

Rusiya prezidenti Vladimir Putinlə KXDR rəhbəri Kim Çen In sentyabr ayında görüşə bilər.

Trend-in məlumatına görə, hazırda görüşün dəqiq vaxtı və yeri barədə danışıqlar aparılır.

Görüşün Vladivostokda Şərq İqtisadi Forumu çərçivəsində keçirilməsi ehtimal olunur.

Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kim Çen Inla görüşmüş və onu Rusiyaya dəvət etmişdi.

Qeyd edək ki, iyun ayının 12-i Kim Çen Inın Sinqapurda ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilir.

Sizin Reklam Yeriniz