Əlaqə Arxiv
news Image
2018.06.04
15:58
| A A A
Həmkarları İlham Əliyevi təbrik edib

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Movqe.azın məlumatına görə, təbrik mətnində deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Şübhəsiz ki, Sizin yenidən Prezident seçilməyiniz qardaş ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da gücləndirəcək. Mən Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram."

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Tatarıstan sakinləri adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin. Sizə və ölkənizin bütün vətəndaşlarına xoşbəxtlik, sülh və həmrəylik, bundan sonra da hərtərəfli inkişaf arzu edirik.

Azərbaycanın bugünkü firavanlığı bir əsr bundan əvvəl “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözləri ilə həmin dövr üçün mütərəqqi siyasi, sosial-iqtisadi hüquqlar və azadlıqlar, Azərbaycan dövlətçiliyinin inkişafına sanballı təkan verən hadisələrlə başlanıb. Sevindirici haldır ki, keçmişin idealları və zəfərləri ahəngdar şəkildə genişlənərək bugünkü nailiyyətlərə və respublikanın inamlı gələcəyi üçün möhkəm təmələ çevrilib.

Qardaş Azərbaycan xalqının bu əlamətdar yubiley sevincinə şərik olduğumuzu bildirir və ümid edirik ki, səmərəli Tatarıstan-Azərbaycan əməkdaşlığı da azərbaycanlıların və tatarıstanlıların firavanlığına şərait yaradacaq, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığının möhkəmləndirilməsinə xidmət edəcək. Səmimi hörmət və ən xoş bayram arzuları ilə".
Sizin Reklam Yeriniz