Əlaqə Arxiv
news Image
2018.06.05
22:30
| A A A
Ordu rəhbərliyinə təyin olunan erməni general Xankəndiyə gəldi

İyunun 5-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan işğal altındakı Azərbaycan ərazilərinə gəlib.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, onu Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan qəbul edib. Görüşdə Dağlıq Qarabağdakı oyuncaq rejimin “müdafiə naziri” Levon Mnatsakanyan da iştirak edib.

Xankəndidə etiraz aksiyalarından sonra bir sıra fəallar Saakyan rejimindən xilas olmaq üçün Ermənistana müraciət ünvanlamışdı. Odur ki, erməni generalın Qarabağa gəlişi ilə aksiyalar arasında əlaqənin olduğunu təxmin etmək olar.

Sizin Reklam Yeriniz