Əlaqə Arxiv
news Image
2018.06.06
09:40
| A A A
Qarabağ erməniləri Bakıdan nicat gözləyirlər
Akif Nağı: “Əlverişli vəziyyət yaranıb” Elman Məmmədov: “Hərbi gücümüzdən istifadə etməyimizin vaxtı çatıb”

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılan qondarma rejimin əleyhinə etiraz aksiyaları davam edir. Erməni sosioloq David Karabekyan bildirib ki, Qarabağ İrəvan tərəfindən idarə olunur: “Biz eyniyik, sadəcə olaraq, hər şey süni şəkildə bölünüb və guya elə təqdim edirlər ki, ayrıca respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan, İrəvanda hakimiyyətin dəyişməsi ilə nəticələnən aksiyalardan sonra Xankəndindəki ermənilər də ayağa qalxıb. Xankəndindəki rejim kriminal qaydalarla hərəkət edir”. O bildirir ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa olsun, xilas olmaq istəyirlər: “Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”. Amma Ermənistandan mitinq üçün bura gələnlərin bəzisi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirirlər.  Hadisələrin bu səpkidə gedişi Qarabağ müharibəsini yenidən tətikləyə bilərmi?

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi ki, torpaqlarımızın azad edilməsi üçün əlverişli mühit yaranıb: “Qarabağın azad edilməsi istiqamətində müharibə çoxdan alovlandırılmalıdır. İndilikdə bu istiqamətdə hərəkətə keçmək üçün əlverişli vəziyyət yaranıb. Ermənistan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarını səsləndirməklə bir daha özünün təcavüzkar sifətini nümayiş etdirir. 2 min il bundan qabaq təsadüfən ermənilər bir dövlət yaradıblar. Ancaq daxildə bir-birinin ətini yedikləri, parçalandıqlarına görə dövlətlərini saxlaya bilmədilər. 
Dünyada bəzi millərlər var ki, dövlət yaratmaq və onu saxlamaq keyfiyyətlərindən məhrumdur. Onlardan biri də məhz ermənilərdir. Ermənilər bütün tarix boyu anca qdigər dövlətlərin, millətlərin ərazisində yaşayıb. Sonradan keçən əsrin əvvəllərində Rusiyaya lazım olduğundan Cənubi Qafqazda Ermənistan adlı dövlət yaratdılar. Yəni, bu dövlətin yaradılması da ermənilərin öz xidmətinin məhsulu deyil. Şərait yetişən kimi, ermənilər özləri öz dövlətlərini dağıtmağa başlayır. Dağlıq Qarabağdakı rejim də Ermənistanın orada yaratdığı qondarma rejimdir. Beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, Ermənistanın məqsədi Dağlıq Qarabağı ilhaq etməkdir. Ermənistanda hazırda gərgin şərait hökm sürür. Dağlıq Qarabağda da anoloji proses gedir. Hətta orada hadisələr nəzarətdən çıxıb. Ona görə də müharibəyə başlayaraq torpaqlarımızın azad edilməsi üçün əlverişli şərait yaranıb. Azərbaycan hərbi əməliyyatlara başlayıb ərazi bütövlüyünü bərpa etməlidir. Buna görə heç kim Azərbaycana heç nə deyə bilməz. Ermənistan, xüsusən də Dağlıq Qarabağda gedən hadisələr fonunda artıq beynəlxalq təşkilatların da Azərbaycana deməyə heç bir sözü yoxdur və ola bilməz. Azərbaycan öz ərazi bütövlüyünü təmin edir. 
İspaniya Katoloniyaya qarşı sərt addımlar ataraq, ərazi bütövlüyünün pozulmasına imkan vermədiyi, Avropanın digər dövlətləri də ərazi bütövlüklərinin pozulmasına imkan vermədiyi kimi, bu fonda Azərbaycanın da haqqı var ki, ərazi bütövlüyünü bərpa etsin. Ona görə hesab edirəm ki, yaranmış məqamdan istifadə etməliyik”. 
Milli Məclisin deputatı Elman Məmmədovun da fikrincə, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hərbi gücdən istifadə etməyin zamanı yetişib: “Torpaqlarımızın azad edilməsi istiqamətində müharibə yenidən birmənalı olaraq alovlana bilər. Bu qaçılmazdır. Bir məsələni həmişə diqqətdə saxlamalıyıq ki,  ermənilər 1988-ci ilin fevralında Dağlıq Qarabağla bağlı məsələni ortaya atanda mitinqlərdəki ilk şüarı Ermənistanla birləşmək şüarı altında gedirdi. Yəni, ermənilərin 1920-ci ildən başlayaraq fikirləri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi olub. 
İndi Dağlıq Qarbağda yaratdıqları qondarma, cinayətkar rejimi isə ermənilər aralıq mərhələ hesab edirlər. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini ermənilər həmişə olduğu kimi bu gün də gündəmdə saxlayırlar. Yəni ermənilərin bünövrədən məqsədi bu olub. Azərbaycan bu məsələdə ciddi olmalıdır. 
Artıq çoxdan vaxtı çatıb, Qarabağdakı qondarma qurum məhv olmalı, Ermənistanın buradakı silahlı birləşmələri çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Proses ləngidikcə işğalçı tərəf daha da arxayınlaşır və erməni xalqında belə güman yaradırlar ki, nə vaxtsa Azərbaycan tərəfi mövcud vəziyyətlə barışacaq. Məhz onların bu xəyallarını puç edərək darmadağın etmək üçün Azərbaycanın özünün güclü hərbisindən istifadə etməsinin artıq çoxdan zamanı çatıb. Əks təqdirdə, ermənilər ağıllarına gələni etməkdə davam edəcək. Ermənistanda hakimiyyətdə kimin olmasının ölkəmizə heç bir xeyri yoxdur. Ölkəmiz üçün yeganə sərf edəci variant hərbi bütövlüyümüzün təmin edilməsidir. Bunun üçün də hərbi gücümüzdən istifadə etməyimizin vaxtı gəlib çatıb”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz