Əlaqə Arxiv
news Image
2018.06.06
10:00
| A A A
Uğurlu Bakı görüşlərinin seriyası davam edir
Qərblə Rusiya Azərbaycanda ortaq məxrəcə gəlməyin yolunu tapırlar

ABŞ Baş Qərargah rəisi Cozef Danfordla Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov arasında növbəti görüş baş tuta bilər. Bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet görüşün ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında mümkün danışıqlardan öncə baş tutacağını bildirib. Gerasimovla Danford arasında əsasən Suriya konfliktinin müzakirə ediləcəyini bildirib. 

Qaynar bir regionda asayişin və təhlükəsizliyin etibarlı şəkildə qorunduğu Azərbaycan beynəlxalq təşkilatların diqqətini mdavamlı şəkildə cəlb edir.  Torpaqlarının 20 faizinin işğal altında olan və müharibə şəraitində yaşayan bir dövlətdə sabitlik və firavanlıq inkişafın əsas stimulu sayılır. Bununla yanaşı, iri beynəlxalq layihələrdə tamhüquqlu üzv kimi iştirak etmək, regionun lideri olmaq və beynəlxalq aləmdə müsbət imic qazanmaq dünyanın mövcud siyasi durumunda maraqlı  təsir bağışlayır. 
Azərbaycanın lideri Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi balanslı siyasətin uğurların qazanılmasında rolu böyükdür. İlham Əliyev 15 illik rəhbərliyi dövründə Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirib, həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verib.
Ötən il fevralın 18-də Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordun Bakıda görüşü keçirilib. Bu mühüm görüşün üçün niyə məhz Bakının seçilməsinin səbəbi haqda o vaxt “Nyu York Times” qəzeti məlumat vermişdi. ABŞ-ın rəsmi hərbi dairələrinə istinadən qəzetin yazdığına görə  görüş yerinin seçimi asan olmayıb: Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib. Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib. Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu mümkün olmayıb. Nəticədə, son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib. Görüşdə tərəflər müxtəlif məsələlər, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsi müzakirə edilib.
2017-ci ilin sentyabrında isə Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib və bu görüşlə ölkəmizin dünyadakı nüfuzu və oynadığı rolun əhəmiyyəti artıb.
Bu görüşlərdə müxtəlif məsələlər, o cümlədən ABŞ və digər Qərb ölkələri ilə Rusiya arasında hərbi əlaqələrin mövcud durum və potensial böhranların qarşısının alınması üçün hərbi idarələr arasında ardıcıl və dəqiq kommunikasiya məsələləri, hərbi dialoqun yenilənməsi, olduqca gərgin olan Rusiya-NATO münasibətləri, Rusiya-ABŞ münasibətləri, Suriya ətrafında və Yaxın Şərqdəki böhran kimi məsələlər əsas diqqətdə saxlanılıb. Azərbaycan prezidentinin generallarla görüşlərində isə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün tərəflərin təklifləri müzakirə mövzusu olub.
Bu ilin aprelində NATO və Amerika ordu komandanlarının gərgin geosiyasi vəziyyətdə Rusiya ordu komandanı ilə görüş üçün yenə də Bakını məkan seçməsi Azərbaycanın regiondakı siyasi-coğrafi mövqelərindən, hər iki qarşı duran güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlib. Belə görüşlərdə generallar hansısa lokal və texniki xarakterli məsələləri deyil, müasir dünyanın aktual qlobal geosiyasi problemləri haqqında fikir mübadiləsi aparıb. Ekspertlər və siyasətçilərin diqqətini də daha çox məhz bu məqam çəkir və qeyd olunur ki, iki böyük dövlətin yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçməsi təsadüfi deyil. Postsovet məkanında ən uğurlu yer kimi Azərbaycana üstünlük verilməsi o deməkdir ki, geosiyasi proseslərin dinamikasında Azərbaycan daha böyük önəm kəsb etməyə başlayıb. Bu səbəbdəndir ki,  Qafqaz regionunda etibarlı ölkə kimi Azərbaycana daha çox üstünlük verilir. Bu məqam regional və qlobal siyasətdə Bakının rolunun artmasının da real təsdiqidir.
Generalların budəfəki görüşünün də Bakıda keçirilməsi istisna deyil. Çünki, Bakı artıq bir neçə dəfə sınaqdan keçirilib və ümidləri doğruldub. Ümumilikdə isə belə yüksək səviyyəli görüşlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə rolu, vəzifələri və bununla paralel nüfuzu daha da yüksəlir.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz