Əlaqə Arxiv
news Image
2018.06.06
19:00
| A A A
Sinqapurun XİN başçısı Şimali Koreyaya səfər edəcək

Sinqapurun xarici işlər və qanunverici məsələlər üzrə naziri Vivian Balakrişnan iyunun 7-8-də Şimali Koreyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı iyunun 6-da Sinqapurun Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, səfər Şimali Koreyanın xarici işlər naziri Li Yon Xonun dəvəti əsasında gerçəkləşəcək: “Nazir Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvləri və Ali Xalq Toplantısı (parlament- “Report”) Rəyasət Heyətinin sədri Kim Yon Namla görüşəcək”.
Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreyanın lideri Kim Çen In arasında görüş olacaq. 

Sizin Reklam Yeriniz