Əlaqə Arxiv
news Image
2018.06.06
17:39
| A A A
Elmar Məmmədyarov səfiri qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycan Respublikasına təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.

XİN-in mətbuat xidmətindən unikal.org-a verilən xəbərə görə, səfir Mariya Seoane etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

E. Məmmədyarov M. Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Sizin Reklam Yeriniz