Əlaqə Arxiv
news Image
2018.06.07
10:36
| A A A
Sinqapur sammitində Kim Çen In üçün zirehli BMW ayrılacaq

Sinqapurda keçiriləcək KXDR-ABŞ sammitində Şimali Koreya lideri Kim Çen Ina qara rəngli, zirehli, xüsusi seriyalı BMW 760 avtomobili ayrılacaq.

"Movqe" xəbər verir ki, bu barədə "The Straits Times" qəzeti məlumat yayıb.
Nəşri məlumatlandıran mənbənin sözlərinə görə, Sinqapurdakı parkda bu cür 4 ədəd xüsusi nəqliyyat vasitəsi ayrılıb. Onların hər biri 6 silindrli, 544 at gücünə malik mühərriklə təchiz olunublar.
Avtomobillərə sərnişinləri snayper atəşindən qoruyan xüsusi, güllə keçirməyən şüşə quraşdırılıb. Nəqliyyat vasitəsinin zirehli korpusu 15 kiloqram trotil ekvivalentli partlayışlara tab gətirmək gücünə malikdir.  

Sizin Reklam Yeriniz