Əlaqə Arxiv
news Image
2018.06.08
09:00
| A A A
Radikal müxalifət təmsilçiləri cinayətə daha çox meyl etməyə başlayırlar
Aydın Mirzəzadə: “Bu hadisə bir daha müxalifətin əksər hissəsinin heç də qanuna riayət etmək fikrində olmadıqlarını göstərdi” Şahin Camalov: “Onlar düşünürlər ki, hərəkətlərinə sonda siyasi “don” geyindirməklə bu məsuliyyətdən yaxa qurtaracaqlar”

Məlumdur ki, saxta sənəd hazırladığına görə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilən radikal müxalifət təmsilçisi Ramil Hacılı  iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozarkən saxlanılıb. İlkin araşdırma zamanı R. Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini etiraf edib.  R. Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə işləyərək bu borcları qaytarmaq istədiyini bildirib.

Hadisənin diqqət çəkən məqamı ondan ibarətdir ki, sərhəddi qanunsuz olaraq pozmaq halları da artıq müxalifət üçün adiləşib. Əvvəl də bir sıra müxalifət təmsilçiləri analoji cinayətə cəhd göstəriblər. Sonradan isə  tutulanda buna siyasi “don” geyindirməyə çalışırlar. 
Millət vəkili Aydın Mirzəzadə bildirir ki, bu hadisə bir daha müxalifətin əksər hissəsinin heç də qanuna riayət etmək fikrində olmadıqlarını göstərdi: “Onlar ancaq xaricdən aldıqları tapşırıqların Azərbaycanda həyata keçirtmək istəyi maraqlandırır. Ramin Hacılı məsələsi isə nə birinci deyil, nə də axırıncı olmayacaq. 
Göründüyü kimi, müxalifətin tanınmış şəxsləri belə sərhəd, qanun pozuntusuna aludə olublar. Adi vətəndaş normalarına riayət etmək belə onlara yaddır. Kimlərisə dələduzluq yolu ilə aldadaraq qaçırmaq müxalifətə xas bir hərəkətdir. Bunun özü bir daha Azərbaycandakı siyasi müxalifətin cəmiyyətə dediyi sözlərlə hərəkətləri arasında böyük fərinq olduğunu göstərir. Ancaq hamı qanun qarşısında bərabərdir. Heç bir halda heç kimə güzəşt ola bilməz”. 
“Azərbaycanda xüsusən müxalifyönümlü şəxslər hesab edirlər ki, rahatlıqla qanunları poza bilərlər”. Bunu “İnsan hüquqları XXI əsr” fondunun rəhbəri Şahin Camalov bildirdi: “Onlar düşünürlər ki, hərəkətlərinə sonda siyasi “don” geyindirməklə bu məsuliyyətdən yaxa qurtaracaqlar. Ancaq faktlar göstərir ki, onlar ciddi şəkildə yanılırlar. Qanun hər kəs üçün qanundur. Müxalifətçi olmaq onun məsuliyyətdən yayınmasına heç bir əsas vermir. İndiki hadisədə də qanunun aliliyini aydın gördük. Adətən qanundan yayınmış şəxslər buna aludəçi olurlar. Elə Ramil Hacılının timsalında sübut edə bilərik. O, ayrı-ayrı şəxsləri aldadaraq pullar yığıb. Yəqin ki, həmin borclardan qurtulmaq üçün sərhəddi pozaraq qaçmaq istəyirdi. Buna siyasi “don” geyindirməsinə baxmayaraq, qanun qarşısında cavab verməli olacaq. Bu cür əməllərlə aldığı borclardan yayınmağa çalışır.  Bu, alınmadığı üçün də əməlinə siyasi motiv gətirmək istəyəcək”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz