Əlaqə Arxiv
news Image
2018.06.09
10:00
| A A A
Azərbaycan Prezidentinin illər öncə söylədiklərini indi ermənilər özləri etiraf edir
Dağlıq Qarabağ münaişəsinin tənzimlənməsi uğrunda gedən mübarizədə erməni kriminallarının oynadığı rol ifşa olunur

Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırılmış separatçı bölgədə baş verən hadisələr, İrəvandakı kriminal rejimə və onun Xankəndidəki oyuncaq törəməsinə qarşı keçirilən kütləvi aksiyalarda səsləndirilən şüarlar, etiraz bəyanatları Azərbaycan Prezidenti İlham Əliyevin illər ərzində BMT-nin və digər beynəlxalq təşkilatların kürsülərindən səsləndirdiyi fikirlərin etirafıdır. 

Bu günlərdə Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iştirak etdiyi iftar mərasimində çıxış edərək müsəlman əqidəsi ilə bağlı dəyərli sözlər səsləndirib və eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələrini dilə gətirib. 
Çıxışında İslam Həmrəyliyi hərəkatına böyük önəm verən Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həllində göstərdiyi səyləri dəstəkləyib: “İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini məsələlərin həllinə çox yüksək qiymət verir. İslam Əməkdaşlıq Təşkilatı ölkəmizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim dəstəkləyir. Bir çox qətnamələr qəbul edilmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlər, real vəziyyət və ədalətli mövqe nümayiş etdirilir. Azərbaycanın haqq səsi dəstəklənir və bu dəstəyə görə biz İslam Əməkdaşlıq Təşkilatına minnətdarıq”.
Dövlət başçısı bu müqəddəs günlərdə işğalçı Erçmənistanin keçmiş rəhbərliyinin əməllərini və bu əməllərə zaman-zaman verdiyi qiyməti xatırladıb. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsaslnda həll olunmalıdır. Beynəlxalq hüquq isə haqqa və ədalətə söykənir. Haqq-ədalər də öz növbəsində Azərbaycan tərəfdədir. 
Məsələ burasındadır ki, Azərbaycan prezidenti uzun illərdir ki, İrəvandakı siyasi hakimiyyətdə oturanların iç üzünü beynəlxalq tədbirlərin kürsüsündən açıb göstərib, onların Azərbaycan torpaqlarında törəddiklə\ri cinayət əməllərini faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Serj Sarkisyan və onun quldur dəstəsinin tərkibində soyqırım həyata keçirən canilər, oğru avtoritetləri, beynəlxalq səviyyəli narkobaronlar təmsil olunurdular. Bu adamlardan hərbi münaqişəni, konkret olaraq, cinayətkar aləmin milyonlar qazandığı işğalçılıq siyasətini sülh yolu ilə aradan qaldırmaq mümkünsüz idi. İlham Əliyev də məhz bu aksiomadan danışır və Ermənistanı düz yola gətirmək üçün sanksiyaların tətbiqini tələb edirdi. 
Geostrateji məqsədlər güdən dünya gücləri, Minsk qrupunun həmsədr dövlətləri faktlar qarşısında bir söz deyə bilməyərək onları təsdiqləsələr də əməli addımlar atmırdılar. Halbuki, erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etmələri barıədə BMT-nin 4 qətnaməsi var və bu qətnamələr 25 ildir ki, kağız üzərində qalıb. 
Lakin Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsi bir an belə səngiməyib. Prezident İlham Əliyev ələ düşən hər bir kiçik fürsətdən düşmənlərimizin ifşası və cinayətkarlığının üzə çıxarılmasını isbatlayıb. Ataların məsəli var, deyir, haqq nazilər, amma üzülməz. İndi Ermənistanda elə proseslər baş verir ki, İlham Əliyevin indiyə qədər söylədiklərini, çıxardığı nəticələri bir-bir təsdiqləyir. Dövlət başçısının dediyi “Ermənistana 20 il ərzində xunta rəhbərlik edib” fikrini indi erməni xalqı anlayır və buna qarşı səsini ucaldır. Elə buna görədir ki, Prezident çıxışında Ermənistanın hazırkı rəhbərliyinə rasional anons göndərib: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”. 
Bu sözlər həm də erməni xalqına yönəlib: yaxşı yaşamaq istəyirsinizsə, qonşunuzla müharibədən və onun torpaqlarını işğal etməkdən əl çəkin, həqiqətin gözünə dik baxa bilsəniz, biz sizə əlimizi uzadıb çətinlikdən qurtararıq. Unutmayın, “yaxın qonşu, uzaq qohumdan yaxşıdır”.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz