Əlaqə Arxiv
news Image
2018.06.09
12:23
| A A A
Düşmən ölkə Rusiya-ABŞ çəkişməsinə qurban gedir

Məlumdur ki, illərdi ABŞ və Qərb ölkələri Ermənistanı Rusiyanın təsirindən çıxarmağa çalışıb. Ermənistanda yeni hakimiyyət dəyişikliyindən sonra bu proses daha aktiv mərhələyə keçib. Artıq bəzi analitiklərin fikrincə, Qərb bu istəyini reallaşdıra biləcək. Bu isə regiona yenilik gətirə bilər. 


Politoloq Tofiq Abbasov hesab edir ki, dünya gücləri arasında Ermənistan üzərində gedən mübarizə çox sərt, taleyüklü hal ala bilməz: “Çünki, Ermənistanın qayğıları yüksək dərəcədə qorxunc vəziyyətdədir. ABŞ üçün Ermənistanın əhəmiyyəti onu Rusiya orbitindən çıxartmaqla yanaşı, qonşuluqda olan Türkiyə və İrana da nəzarəti həyata keçirməkdən ibarətdir. O baxımdan Ermənistanda Rusiya-ABŞ gərginliyi yarana bilər. Lakin sakit konsersus yaranacaq.  Yəni, orada Rusiya, ABŞ və  onun tərəfdarlarının maraqları təmin olunacaq. 
Əslində, erməni cəmiyyəti də Rusiyadan narazıdır. Bu fonda elə fikirləşirlər ki,  Qərb onların bütün problemlərini həll edəcək. Ancaq belə deyil. Sadəcə, Qərb görüntü yaradaraq, onlara müəyyən “yetim payı” verməklə, özqnün strateji maraqlarını həyata keçirməyə çalışacaq. Təsadüfi deyil ki, ABŞ-ın ştat baxımından ən böyük ikinci səfirliyi məhz Ermənistandadır. O baxımdan ola bilsin ki, ABŞ ilə Rusiya Ermənistan üzərində konsersusa gəlsinlər. Ancaq Rusiyanın buna da maneçilik törədəcəyini istisna etmək olmaz. Çünki, 2008-ci ildən sonra Rusiyanın Cənubi Qafqazda mövqelərinin kövrək olması üzə çıxdı. Ermənistan üzərində Rusiya-ABŞ gərinliyində bu variantlar istisna edilmir”.


Digər siyasi analitik Zərdüşt Əlizadə isə bunun heç cür mümkün olmadığını düşünür: “Bunun günahkarı da məhz Ermənistan iqtidarıdır ki, öznünün qurduğu qəfəsdən çıxa bilmir. Qəfəs ermənilərin milli mənliyinin bünövrəsidir. Qərblə, Rusiya erməni xalqını elə bir şəklə salıblar ki, onlar erməni olmaq üçün mütləq xəstə halında, özləri üçün qurduğu xəyalda, qəfəsdə yaşamalıdırlar. Oradan çıxarlarsa, erməni olmayacaqlar. Hansı ki, bu qəfəs də müəyyən “həqiqət”lərdən ibarətdir. 
Ən birincisi gerçəklik haqqında yanlış təsəvvürdür. Buna qondarma «soyqırım», onların şanlı, əzəmətli keçmişləri, böyük Ermənistan xülyası, türk xalqlarının onlara düşmən olması, beynəlxalq hüquqla uzlaşmayan erməni hüquqları daxildir. Bütün bunlar onların erməni olmasının mahiyyətidir. Onlar bundan imtina etsələr, erməni olmayacaqlar. Bunların da həyata keçirilməsi üçün imperialist Rusiyanın dəstəyi lazımdır. Bu da Ermənistandakı rus hərbi bazaları, Rusiyanın çoxsaylı, nüfuzlu casus şəbəkəsi, Rusiyameylli siyasi partiyalar, ictimai xadimlər, erməni generalları, erməni milyarderləri, erməni xalqının sayından çox olan erməni lobbisi vasitəsi ilə həyata keçirilir. Bunlar Ermənistanı Rusiya ilə elə bağlayıb ki, Ermənistan heç cür Rusiyadan ayrıla bilməz. Rusiyanın aləti, Rusiyanın Cənubi Qafqaz siyasətində ling olmaqla fəxr edirlər. Qərbin özü də Ermənistana bu münasibətdə olub. Sadəcə, Ermənistan coğrafi cəhətdən Rusiyaya daha yaxındır. Rusiya da Ermənistana onun qəfəsindən çıxmağa imkan verməz”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz