Əlaqə Arxiv
news Image
2018.06.12
09:56
| A A A
Tramp Şimali Koreya lideri ilə sənəd imzalayacağını bəyan edib

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla sənəd imzalayacağını bəyan edib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bununla belə, o hansı sənəddən söhbət getdiyini açıqlamayıb.

ABŞ Prezidenti qeyd edib ki, K.Ç.Inla görüşdə böyük irəliləyiş əldə olunub və görüş gözlənildiyindən də yaxşı keçib.

 

Öz növbəsində, Koreya Xalq Demokratik Respublikasının rəhbəri bildirib ki, D.Trampla sıx əməkdaşlıqda maraqlıdır. O, Pxenyan və Vaşinqtonun problemlərin öhdəsindən gələ biləcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, liderlər arasında tarixi görüş Sinqapurun Sentosa adasında keçirilib.

Sizin Reklam Yeriniz