Əlaqə Arxiv
news Image
2018.06.12
13:44
| A A A
Siyavuş Novruzov: “Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə siyasi partiyaya üzv olmaq icazəsi verilməlidir”

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir”. 

Movqe.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, qanunun 8-ci (Siyasi partiyada üzvlük) maddəsinə bəzi dəyişikliklərin edilməsi təklif edib: “Həmin maddədə göstərilir ki, maliyyə orqanlarının nümayəndələri siyasi partiyaların üzvü ola bilməzlər. Bu, düzgün deyil. Həmin şəxs partiya üzvü olsa, nə olacaq ki? Başqa bir məsələ də Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə siyasi partiya üzvü olması ilə bağlı qadağadır. Həmin adamlar partiya üzvü olsalar, təşkilata pul verəcək, kredit ayıracaqlar? Bu maddəyə dəyişiklik edilməlidir”.

S.Novruzov deyib ki, siyasi partiyalar maliyyə hesabatları ilə bağlı aidiyyatı orqana - Mərkəzi Seçki Komissiyasına düzgün məlumat vermirlər: “Buna nəzarət olunmalıdır. Çünki bu proses qeyri-şəffaf həyata keçirilir”.

report

Sizin Reklam Yeriniz