Əlaqə Arxiv
news Image
2018.06.13
09:24
| A A A
Radikalların daha bir mərəzi heyrət yaradır
Beş hərfli “vətən” və üç hərfli “pul” sözləri arasında fərq və dəyərləri görməyən müxaliflər

Azərbaycanda “mən radikal müxalifətəm” deyib dad döyənlərin əməllərini araşdıranda məlum olur ki, əslində onlar “radikal” müxalifətdirlər və yalnız “dadı damaqda qalan” tədbirləri sevirlər. Məsələn, pul davası, vəzifə davası, böhtan atıb həzz almaq, aranı qarışdırmaq və sairə.

Bu il radikal müxalifət nümayəndələrinin fəallaşmasının, insanları hakimiyyətə qarşı qaldırmaq, qeyri - qanuni aksiyalar təşkil etmək cəhdlərinin yalnız bir səbəbi var. Əllərinə düşmüş fürsətdən yetərincə yararlanaraq seçki ərəfəsində xarici himayədarlarından  çoxlu qrant almaq. Onlar özləri də çox yaxşı bilirdilər ki, hakimiyyətə gedən yolda heç bir uğur qazana bilməyəcəklər. Hətta prerzidentliyə namizədliklərinin təsdiqlənməsi üçün tələb olunan imzanı da toplaya bilməyəcəkdilər. Çünki xalq artıq onların iç üzünə yaxşı bələddir və belə xəyanərkarlarn ölkəyə yenidən rəhbərlik etmələrinə heç vaxt yol verməz. Artıq hamıya bəllidir ki, radikal müxalifəti şəxsi və qrup maraqlarından başqa heç nə düşündürmür. Hətta hər bir vəzifədən, var-dövlətdən, xətir-hörmətdən üstün olan torpaqlarımızın işğalı da onların vecinə deyil, təki bunlar istədikləri kimi yaşasınlar. Bəli, bizim dadikal ovqatlı radikalların yeganə məqsədləridir.

Azərbaycanın sürətli inkişaf yolunda inamla irəliləməsi, dünya birliyindəki mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq əlaqələrini vətəndaşlar və dövlət arasında olan inam və etimadı  artırır, “İqtidar-xalq” vəhdətinin sarsılmazlığını gücləndirir.  Ona görə də radikal müxalifət ha çabalayır, ha çalışırsa da bütün cəhdləri həmişə iflasa uğrayayır.

Son dövr radikalların düşərgəsində cərəyan edən hadislər göstərir ki, radikal müxalifət düşərgəsində qarşıdurma getdikcə güclənir. Bu, heç də siyasi mübarizə yox, ölkədə qarşıdurma yaratmaq istəyən dairələrin çirkli pullarından daha çox qazanmaq davasıdır.

İddia və imkanları bir-biri ilə tam ziddiyyət təşkil edən ifrat radikal müxalifət bu gün də müəyyən xarici dairələrin əlində bir vasitə olaraq ənənəvi dağıdıcı mövqedə qalmaqdadır. Milli maraqlardan tam uzaq düşən bu qüvvələr artıq ictimai rəydə özlərinə qarşı tam ikrah hissi yaradıblar. Nə özləri, nə də cəmiyyət qarşısında heç bir məsuliyyət daşımayan radikallar əvvəlki qaydada əcnəbi ağalarından daxil olan sifarişlər əsasında Azərbaycanda ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirmək üçün dəridən-qabıqdan çıxırlar.

Di gəl ki, vətənpərvərlikdən ağızdolusu danışsalar da Qarabağı dillərinə gətirmək belə istəmirlər. İstər-istəməz düşünmək məcburiyyəti qarşısında qalırsan ki, axı, niyə? Son vaxtlar baş verənlər bunun da səbəbini açıb göstərir. Radikallar erməni lobbisinə yol tapıblar və həmin lobbidən aldıqları rüşvət hesabına həm onların tədbirlərinə qatılır, həm də Qarabağ sözünü lüğət tərkiblərindən çıxarırlar. Yəni, bu sözü unutdurmağa çalışan erməni-radikal iş birliyi müxalifətin fəaliyyət proqramına salınıb. Bu barədə  Prezident İlham Əliyev çıxışlarının birindı deyib:  “Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur.Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək”.

Radikallar adətən qədim Romadakı plebeylər kimi özlərini guya azad sayıb başıpozuqluq edirlər. Məsələn, istədikləri yerdə və istədikləri şəkildə ictimai asayişi pozmaq onlar üçün adi hala çevrilib. Polis də yaxınlaşıb bir söz soruşanda ki, vətəndaş bu nə hay-küydür, başlayırlar itaətsizlik göstərməyə, polisi təhqir etməyə. Bunun iki yönü var. Birincisi, qəsdən belə hərəkət edirlər ki, yüngül cəza alıb, sonradan bunu şişirdərək siyasiləşdirib “siyasi məhbus” statusuna iddia qaldırsınlar, bəlkə xaricdə sığınacaq tapıb yaxşı qrant hesabına “kef” çəksinlər. Yəni, adi fırıldaqçılıq. İkinci yön də odur ki, o qədər xəyanətkar fəaliyyətlə məşğuldurlar ki, polis görəndə əməllərini xatırlayıb isterika içərisində özlərini necə aparmağı bacarmırlar. Amma hər iki halda özlərini faş etmiş olurlar. Məsələn, son bir ayda ReAl hərəklatı adlanan cərəyan üzvlərinin antireal fəaliyyəti buna misaldır. Bu şəxslər Qarabağın işğalı haqda bir söz belə işlətmədən hakimiyyət qarşı böhtanlar yağdırmağı özünün əsas vəzifəsi sayır. Görünür, hərəkat üzvlərini qrantla təmin edənlərin tapşırığı budur. Elə realçılar da radikallardan geri qalmırlar. Ancaq bunların da fiaskosu başlarının üstündən asılıb. Çünki, cəmiyyət belələerni həmişə süpürüb atıb kənara.

N.NOVRUZ

 
 

 

Sizin Reklam Yeriniz