Əlaqə Arxiv
news Image
2018.06.12
16:49
| A A A
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun Əskişəhərdə görüşü olub YENİLƏNİB

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, nəqliyyat sahəsində əməkdaşlığın yaxşı nəticələr verdiyi bildirildi.

Söhbət zamanı TANAP layihəsinin əhəmiyyəti vurğulandı, bu layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışıldı.

Görüşdə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixracın isə 8 dəfə artdığı bildirildi. Həmçinin Ukraynadan gələn və Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2 dəfə artdığı qeyd edildi.

Görüşdə energetika sahəsində əməkdaşlığın dərinləşdiyi vurğulandı, SOCAR-la əlaqələrin genişləndiyi və Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayının artdığı qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sizin Reklam Yeriniz