Əlaqə Arxiv
news Image
2018.06.13
10:15
| A A A
Azərbaycan və Gürcüstan arasında sərhəd komissarlarının fəaliyyəti haqqında saziş imzalanıb (FOTO)

Dövlət Sərhəd Xidmə­tinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstanın Sər­həd Polisinin rəisi Teymuraz Kekelidzenin rəhbərlik etdiyi nü­mayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub.

DSX-dən Movqe.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədindəki vəziyyət və onun gələcək dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsin­də qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin delimita­siya­sı üzrə işlərin sürətləndirilməsi məqsədilə zəruri fəaliyyətin davam etdirilməsi, habelə gələcək illər üçün əməkdaşlıq istiqamətlərinin müəy­yən edilməsi kimi məsələlər müzakirə edilib.

Müzakirələr zamanı ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiy­mət­ləndirilib, Azər­baycan və Gürcüstanın sərhəd mühafizə qurum­ları arasındakı əlaqələrin dövlət sərhədində hər hansı qanunsuz fəa­liyyətin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə ver­diyi vurğulanıb.

Bununla yanaşı, görüşdə Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliy­yat şəraiti və mövcud təhdidlər, o cümlədən Er­mə­nistanın təcavüzü nəticəsində ölkə ərazi­sinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş əra­zilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, möv­cud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğu­lanıb, sərhəd mühafizə sisteminin gücləndiril­məsi, müasir təlim-təd­ris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat verilib.

Gürcüstan nümayəndə heyəti səfər zamanı Dövlət Sərhəd Xid­məti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademi­yası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış edilib.

İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdiril­məsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Azər­bay­can hökuməti ilə Gürcüstan hökuməti arasında sər­həd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında saziş imzalanıb.

Sizin Reklam Yeriniz