Əlaqə Arxiv
news Image
2018.06.22
08:14
| A A A
Ordumuzun ixtiyarında yeni döyüş təyyarələri
Azad İsazadə: “Hər ikisinin alınmasında Azərbaycan maraqlıdır və onların alınması ölkəmizin xeyrinə olacaq” Mehdi Mehdiyev: “Su-30-SM və Su-35-lərə sahib olmağımız ölkəmizə hərbi müstəvidə düşmən qarşısında mövcud olan üstünlüyümüzü daha da gücləndirməyə imkan verəcək”

Rusiyanın Strategiya və texnologiyaların analizi mərkəzinin eksperti Konstantin Makienko bildirir ki, Rusiya Azərbaycana Su-30SM, Su-35 döyüş təyyarələri təklif edə bilər. Bu mümkündürmü və belə təyyarələrin alışı Azərbaycana hansı üstünlüklər vəd edir? 

Hərbçi ekspert Azad İsazadə düşünür ki, hərbi-hava qüvvələrinin ən müasir təyyarələrlə yenilənməsi baxımından Su-30-SM və Su-35-lərin alınması Azərbaycan üçün mühüm üstünlüyün əldə edilməsi demək olacaq: “Rusiyanın Azərbaycana Su-30SM və Su-35 hərbi təyyarələrini təklif etməsi və ölkəmizin onların öz hərbi arsenalına daxil etməsi mümkündür. Azərbaycan bu istiqamətdə xeyli müddətdir ki, danışıqlar aparır.

Su-30SM müasir tipli qırıcı təyyarələr silsiləsindəndir. Su-35 isə daha çoxfunksional xüsusiyyətlərə malik olan sonunca model təyyarələrdən hesab olunur. Hər ikisinin alınmasında Azərbaycan maraqlıdır və onların alınması ölkəmizin xeyrinə olacaq. Burada problem ancaq ABŞ-ın Rusiya hərbi sənaye kompleksinə sanksiyalar tətbiq etməsilə bağlı yarana bilər. Çünki bu halda, Rusiyadan silah alan ölkələr də həmin sanksiya altına düşə bilərlər. Ona görə də Azərbaycan həmin təyyarələri alarkən geopolitik siyasi nəticələri də nəzərdən qaçırmamalıdır. Su-30SM-ləri Ermənistanın da alacağı iddia olunur. Azərbaycan hərbi əməliyyatlar başlayan zaman hansısa hərbi hava qüvvəsindən istifadə edəcəksə, həmin Su-30SM-lərlə Qarabağ səmasında rastlaşa bilərik. Bu mənada Azərbayanda da həmin tip təyyarənin olması ilə hərbi paritet yarana bilər. Həmin qırıcının alınması Azərbaycan üçün maraq kəsb edir. Amma bu o demək deyil ki, onları almasaq, hansısa çətin probemlə üzləşəcəyik. Azərbaycan düşməni havada və quruda məhv etmək üçün digər ən müasir silah və texnikaya malikdir. Bununla belə həmin istiqamətdə yenilənmə də pis olmazdı.

Su-35 təyyarəsindən isə həm qırıcı kimi istifadə etmək olar. Həm də onlar havadan yeri vurmağa qadir təyyarələrdən hesab olunur”.

Hərbçi ekspert Mehdi Mehdiyev də qeyd etdi ki, Su-30-SM və Su-35-lərə sahib olmağımız ölkəmizə hərbi müstəvidə düşmən qarşısında mövcud olan üstünlüyümüzü daha da gücləndirməyə imkan verəcək: “Azərbaycan bu günə qədər  öz hərbi arsenalını gücləndirmək üçün müxtəlif silahlar, hərbi texnika və raket qurğuları alıb. Azərbaycan irmənalı olaraq torpaqlarını işğaldan azad etməkdə israrlıdır. Sülh danışıqlarının gedişi göstərir ki, könüllü şəkildə Ermənistan problemin ədalətli həllinə tərəfdar deyil. Ona görə də Azərbaycan hərb yolu ilə torpaqları azad etmək hüququnu özündə saxlayır və bu addım istənilən an atıla bilər. Düşünürəm ki, hətta o məqam yetişib. Bu mənada da Azərbaycanın Rusiyadan Su-30SM və Su-35 hərbi təyyarələrini almaq istəyi heç də təccüblü deyil. O baxımdan ki, Azərbaycan yerüstü texnika və raket qurğularına üstünlük verdiyi halda, işğalçı Ermənistan hava hücumundan müdafiəyə daha çox üstünük verirdi. Ona görə də Azərbaycan tərəfindən sözügedən müasir qırıcı təyyarələrin alınması ölkəmizə Ermənistanın hava hücumundan müdafiə sistemini də üstələyərək geridə qoymağa şərait yaradacaq”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz