Əlaqə Arxiv
news Image
2018.06.22
08:38
| A A A
Erməni baş nazir kələfin ucunu itirib
Düşmən ölkə irəvanlılar və qarabağlılar tərəfindən iki yerə bölünüb

“Sarkisyan Qarabağı Paşinyanın əleyhinə olan bazaya çevirmək istəyir”. Bunu rusiyalı politoloq Qriqoriy Trofimçuk bildirib. Çoxdan idi ki, İrəvanda Qarabağ klanının əlindən dad döyürdülər. Söhbət siyasi hakimiyyətdə kimin oturmasından getmir. Əsas məsələ hakimiyyətdə olanların hansı siyasəti yeritmələrindən asılıdır. Qarbağın işğalında Kremlin aləti rolunu oynayan və bu səbəbdən hakimiyyətə gəlməyi bacaran Serj Sarkisyan ətrafına yalnız müharibə vasitəsilə varlanan və qaniçən cəllad xislətli adamları toplamışdı. Buna görə də işğalçılıq siyasətinin qurbanı olan xalq həm də oliqarxların və cinayətkarların acgözlüyündən əzab çəkirdi. Üstəlik, hakimiyyətdə əsas fiqurlar Qarabağdan gələn ermənilər idi. Kasıblıq və buna rəğmən, elitanın irəvanlıların yuxarıdan aşağı süzdükləri qarabağlılarda təşkili əvvəl-axır ziddiyyət yaratmalıydı və yaratdı. Paşinyanın hakimiyyətə gəlməsində bu amilin rolu böyük oldu. İndi Paşinyan bütün gücü ilə köhnə hakimiyyəti yerlə-yeksan etməyə çalışır. Ona Qarabağ klanı yox, öz klanı ilə qarabağlılar üzərində hakimiyyət lazımdır.

Lakin Serj Sarkisyan və ətrafının əlində böyük miqdarda varidat toplanıb. Onlar ya bunu itirməklə barışmalı, ya da mövcudluqlarını qorumaq üçün vuruşmalıdırlar. Təbii ki, söhbət əlatdan gedən mübarəzə haqqındadır. İrəvanda Serjin dostları olsa da, ürək qızdırdığı adamlar azdır. Onu daha çox Xankəndində xatırlayır və müdafiə edirlər. Buna görə də Serj hakimiyyət uğrunda yeni mübarizəsinə Qarabağdan başlamağı daha məqsədəuyğun sayır. Lakin indi 1988-ci il deyil. Aradan çox sular axıb. Əhali daha pafoslu vədlərə inanmır, real iş istəyir. Üstəlik, beynəlxalq birlik Qarabağı Azərbaycanın sərhədləri daxilində tanıyır. Və burada çoxlu qanlar tökmüş Sarkisyanın indi meydanda at oynatması o qədər də asan deyil. Ancaq o, dostları və məsləkdaşları vasitəsi ilə özü üçün platsdarm hazırlamaq fikrindədir. Düzdür, bu işdə Bako Saakyana arxalanmaq fikrinə düşə bilər. Lakin Bako gizli xidmətin işçisidir və birbaşa Kremldən asılı adamdır. Çətin ki, o, icazəsiz “dostuna” kömək edə bilsin.

Vəziyyətin belə dolaşıq olmasını Paşinyan bilməmiş deyil. Hətta özü bilməsə də, dilverənləri ona bu məsələni çoxdan başa salıblar. Belə labirint içərisində Paşinyanın da vəziyyəti çətinləşir, çünki, Bako Saakyan özlüyündə Sarkisyan kimi onun yolunda ən böyük əngələ çevrilib. Digər tərəfdən ABŞ başda olmaqla bir sıra xarici dövlətlər hansısa şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırlar. Azərbaycanı daha da yaxına çəkmək istəyən Rusiya da müəyyən hadisələrə şahidlik etməyə hazırdır. Belə bir situasiyada Paşinyan çətin ki, nə edəcəyini kəsdirə bilsin. Hələlik, o, daxili düşmənlərinə müharibə etməyi bacarıb. Bu müharibədə xalqı özünə yaxınlaşdırmaq istəyilə Qarabağ barədə onun uğursuz cəhdlər, daha doğrusu boşboğazlıq etməsi işləri lap dolaşdırıb.

İndi köhnələr cəbhədə hər hansı bir təxribat törədib Azərbaycanın əskzərbəsi ilə 2016-cı ilin təkrarlanmasında maraqlıdırlar. Bu alnarsa, onda Naxşıvan tərəfdən itkiləri də üstünə gəlib Paşinyanın üzərinə hücuma keçəcəklər. Bu da bir tərəfdən Paşinyanı təntidir. Çünki, o nə siyasi mübarizəyə hazırdır, nə də buna savadı və təcrübəsi çatır. Qalır klan davasına. Bu işdə də qartımış Sarkisyanla bacarmaq ona çətindir. Bu səbəblərdən Paşinyan amilinin taleyinə Kremlin baxışı vacib rol oynayacaq. Yəqin ki, payıza qədər Moskva Qarabağ münaqişəsinə diqqət yetirməyə vaxt tapacaq və tam olmasa da müəyyən hadisələrin baş verməsi stol ətrafında danışıqların başlamasına səbəb olacaq.

N.NOVRUZ  

 

 

Sizin Reklam Yeriniz