Əlaqə Arxiv
news Image
2018.06.26
11:41
| A A A
Sabiq prezidentin tərəfdarlarına qarşı cəbhə boyu hücumlar genişlənir
İndi “əriklər ölkəsi” adlanan bu yerlərdə əksinqilab başlandığı haqda xəbərlər dolaşır

Ermənistan parlamentini küçə mitinqləri ilə qorxudub baş nazir kürsüsünü ələ keçirən Nikol Paşinyan vəzifədən əvvəl köhnələrə toxunmayacağını desə də sonradan bu sözündən qaçmalı oldu. İndi Ermənistan daxilində Sarkisyan tərəfdarlarına qarşı cəbhə boyu hücumlar genişlənir. Serjin ən yaxın ətrafı yoxlanılır, göz altına alınır və qazamata göndərilir. Vaxtilə Qarabağ klanının birbaşa təzyiqinə məruz qalanlar və ya klana daxil olmadığına görə yağlı kökələrdən dada bilməyənlər indi qollarını çırmalayıb meydan sulayırlar. Cəmi iki-üç ay əvvələ qədər Serjin hakimiyyətdə olan Respublika Partiyasının oliqarx üzvlərinə təriflər yağdıranlar indi onların qazancları, villaları, var-dövlətləri ilə maraqlanmağa başlayıblar.

İrəvan ağsaqqallar ıurasının üzvü Zarui Postancyana “bu günlərdə” məlum olub ki, parlamentin vise-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarrmazanova məxsus   villa 8 ildir tikilir, ancaq hələ də qurtarmaq bilmir. Postancyan maraqlanır ki, deputat bu böyüklükdə villanı hansı pulla tikdirir. Sualına cavab olaraq onun facebook-da yerləşdirdiyi videoda özü cavab verir: xalqdan oğurlanmış pullar hesabına. Şarmazanov isə bunu ucuz siyasi xal qazanmaq üçün dəbdə olan populist alver adlandırır və belə məsələlərdə adını hallandıranları məhkəmə ilə hədələyir. Lakin bu hədələr hakimiyyətdən salınmış partiya nümayəndəsinə məxsus olduğundan cəmiyyətdə elə bir rezonans doğormur. Nəticə etibarı ilə isə iki siyasi dəstə arasında gərginliyi artırır.  

Bu azmış kimi Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın təhlükəsizlik xidmətinin rəisi Vaçaqan Qazaryanın restoranında aparılan axtarış zamanı külli miqdarda pul ələ keçirilib. Hazırda baş nazir Paşinyanın əmri ilə respublikanın bütün obyektlərində aparılan yoxlamaları həyata keçirən Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Milli Təhlükəsizlik Xidməti tərəfindən təşkilən edilən əməliyyat Ermənistanın məşhur “Yans” restoranında baş tutub. Yoxlama nəticəsində 11 milyon dollar, 400 milyon avro, 36 milyon dram vəsait müsadirə olunub. Bundan əlavə, uçot sənədləri, kompüterlər və elektron vasitələr də müsdirə edilərək götürülüb, Vaçaqan Qazaryan isə saxlanılıb. Bundan öncə Sarkisyanın sağ əlisayılan general Manvel Qriqoryan hərbçilərə ayrılan ərzağı oğurladığına görə korrupsiya və oğurluq ittihamı ilə “tuşonka oğrusu” kimi biabırçı ad altında həbs olunub. Onun dalınca yaxın ətrafı da məhkəmənin qərarı ilə 2-3 aylıq həbsə atılıb. Belə görünür ki, Paşinyan kənardan edilən göstərişlər ilə hərəkət edir və hamilərinə arxayındır. Ancaq çətin ki, Qarabağ klanı bu fəaliyyəti həzm edə bilsin.

Serj Sərkisyana yaxınlığı ilə tanınan şəxslərin evlərindən tapılan külli miqdarda pul və silah-rusata görə baş nazir Nikol Paşinyana qarşı hərbi çevrilişin hazırlandığı iddiası irəli sürülüb. Erməni mənbələr çevriliş hazırlığı ilə bağlı Nikol Paşinyanın ABŞ-dan kəşfiyyat məlumatı aldığını iddia edirlər. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ABŞ kəşfiyyatının nişan verdiyi şəxslər barəsində başladığı əməliyyatlar çərçivəsində qiyamçı qüvvələrin “kölgə kabineti”nə dair sənədlərin ələ keçirilməsi erməni siyasi gündəmini məşğul edən əsas xəbərlər sırasındadfır. Həmin sənədlərə əsasən, gizli gedən qiyam barədə İrəvan, Vandazor, Armavir, Gümrü və digər iri şəhərlərdə yerləşən hərbi hissələrin komandanlıqları da məlumatlandırılıb. Lakin bundan xəbər tutan Paşinyan təhlükəni rüşeymində zərərsizləşdirmək üçün hərəkətə keçib. Mənbələr çevriliş hazırlığına kimin rəhbərlik etməsinə dair məlumat verməsələr də, Manvel Qriqoryanın burada əsas icraçı olduğuna şübhə etmirlər. Saxlanılan nüfuzlu şəxslərin Serj Sərkisyana bağlılığı isə diqqəti onun üzərinə yönəldib.

Bütün bu iddialar həqiqətdir yoxsa siyasi tyuklar, bunu dəqiq söyləmək çətindir. Lakin bir məsələ dəqiq məlumdur ki, Ermənistanda son dərəcə neqativ yönüm alan siyasi ab-hava tezliklə cəmiyyətdə əsil başıpozuqluğa çevriləcək.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz