Əlaqə Arxiv
news Image
2018.06.26
13:18
| A A A
Prezident İlham Əliyev: İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir

İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir.

Movqe.az-ın  məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, son 15 il ərzində Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ikinci ölkə olmayıb:

"İqtisadiyyatımız 3,2 dəfə artmışdır. İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir. Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir. İnkişafda olan ölkələrin arasında inkişafa görə Azərbaycan dünya miqyasında üçüncü yerdədir. Biz öz hesabımıza yaşayırıq. Heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir. Deyə bilərəm ki, 2003-cü ildən bu günə qədər bizim hərbi xərclərimiz 15 dəfə artmışdır".

Sizin Reklam Yeriniz