Əlaqə Arxiv
news Image
2018.06.28
09:00
| A A A
Hərbi paradla Ermənistana sərt mesaj verildi
Elman Məmmədov: “Düşmən ölkə nəticə çıxarmasa,təbii ki, paradda nümayiş olunanlar döyüşdə tətbiq olunacaq, belədə isə Ermənistanın daşı daş üstə qalmayacaq”

İyunun 26-da Bakıda baş tutan möhtəşəm parad nəinki ölkə daxilində, həmçinin xaricdə belə geniş rezonans doğurub. Belə ki, paradda nümayiş etdirilən ən müasir silahlar bir daha göstərdi ki, Azərbaycan Ordusu sözün həqiqi mənasında dünyanın ən güclü orduları sırasında layiqli yer tutmaqda davam edir.

Paradda nümayiş olunan hərbi qüdrətimizi həmçinin düşmən ölkə də gördü.  Düşmən ölkə dinc yolla paradda gördüklərindən nəticə çıxarıb torpaqlarımızdan çıxmadığı halda, həmin möhtəşəm silah və hərbi texnika əvvəl-axır ona qarşı işə salınacaq. Keçirilən paraq həmçinin bir daha göstərdi ki, Azərbaycan əhalisi arasında əhval-ruhiyyə olduqca yüksəkdir və xalqımız ordumuzun qələbə çalacağına tam olaraq əmindir.

Mlli Məclisin deputatı Elman Məmmədov bildirdi ki,

işğalçı ölkə Ermənistan Bakıda hərbi paradda göstrərilənlərdən nəticə çıxarmasa, sözsüz ki, darmadağın ediləcək: “Düşmənə ünvanlanan bütün mesajları cənab Prezident iyunun 26-da Bakıda keçirilən hərbi paradda səsləndirdi. Cənab Prezident paradda səsləndirdiyi fikirlərlə düşmənə xəbərdarlıq etdi ki, burada nümayiş etdirilən bütün silah və hərbi sursatlar ağıllarını başlarına yığaraq, düzgün nəticə çıxarmayacaqları təqdirdə, erməni işğalçıların başına töküləcək. Nəticədə düşmən darmadağın olacaq. Ağılı yerində olan düşmən həmin deyilən sözlər və paradda gördüklərindən məhz bu nəticəni çıxarmalıdır.

Cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, müharibə hələ qurtarmayıb. Onun birinci hissəsi baş verib. Torpaqlarımız işğaldan tam azad olunana qədər müharibəni bitmiş hesab etmək olmaz. Hərbi paradda həmçinin ölkəmizdə fəaliyyət göstərən bütün diplomatik korpusların hərbi ataşşeləri də iştirak edib. Onlar da gördüklərinin hamısını çəkirdilər. Təbii ki, bundan nəticə çıxarmaq lazımdır.

Cənab Prezident bəyan etdi ki, ötən illər ərzində bütün beynəlxalq təşkilatların işğalı tanıyan, onu etiraf edən hüquqi sənədləri əldə etmişik. Yəni işğal prosesinin tanınması istiqamətində hüquqi baza da yaradılıb. Bu da onu göstərir ki, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Həmçinin, Azərbaycan iqtisadi, maliyyə üstünlüyü,  daxili stabillik, stabillik, silah, sursat, əsgərin döyüş ruhunun yüksəkliyi, hərbdəki nizam-intizam, inkişaf baxımından işğalçı ölkədən qat-qat üstün və güclüdür. Ermənilər isə heç nəyə qadir deyillər. Bunların hamısı Prezidentimiz tərəfindən bir daha səsləndirildi.

Azərbaycan artıq keçən əsrin 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil ki, dövlətçiliyin və ordunun yox səviyyəsində olduğu bir dövrdə ermənilər xaincəsinə fürsətdən istifadə edərək torpaqlarımızı işğal edə bilsin. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasında yer alır. Ordumuz özünün döyüş qabiliyyətinə görə də dünyanın aparıcı orduları sırasında yer tutur. Azərbaycan Ordusu Ali Baş Komandanın əmrilə hər an düşməni darmadağın etməyə hazır və qadirdir. Düşmən bu fonda özünü axmaq və qanmaz yerinə qoyursa, heç olmasa, onun havadarları prosesdən nəticə çıxarsınlar.

Bu yaxınlarda Naxçıvan istiqamətində həyata keçirilən uğurlu əməliyyat da bir daha təsdiq etdi ki, Azərbaycan Ordusu istənilən vaxt, istənilən istiqamətdə Ermənistanı məhv etməyə qadirdir. Çünki, Azərbaycan əsgəri  yüksək döyüş qabiliyyəti, yüksək vətənpərvərlik ruhuna malikdir. Ordumuz dünyanın ən müasir və hədəfi daha dəqiq vuran silah və hərbi texnika ilə təmin olunub və olunur. Əsgərlərimiz də həmin silah və texnikadan ən yüksək səviyyədə istifadə etməyi bacarır. Bunların hamısı düşmənə, onun müdafiə edən və hesablaşanlara ciddi mesajdır. Dediyim bu sözlər xüsusilə ATƏT-in Minsk qrupu kimi riyakar, saxtakar, qeyri-səmimi bir quruma aiddir. Onlar da nəticə çıxarmalıdırlar.

Təbii ki, nəticə çıxarmasalar, paradda nümayiş olunanlar döyüşdə tətbiq olunacaq. Onlar nəticə çıxarmamaqla Azərbaycanı buna təhrik edəcəklər. Belə olan halda isə Ermənistanın daşı daş üstə qalmayacaq”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz