Əlaqə Arxiv
news Image
2018.06.29
09:31
| A A A
Xaricdən pul alıb Azərbaycana qarşı iş aparan QHT-lər
Elçin Mirzəbəyli: “Belə QHT və şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atmaq lazımdır” Mais Səfərli: “Belə QHT-lərə qarşı qanun öz üzünü sərt şəkildə göstərməlidir”

“Qeyri-hökumət təşkilatları da insan hüquqlarının müdafiəçiləri kimi Azərbaycan üçün önəmlidir. Ancaq təəssüf ki, bəzi qeyri-hökumət təşkilatları müəyyən şəxslərin əlində oyuncağa çevirilib”.

Bu sözləri Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında çıxışı zamanı deyib. O qeyd edib ki, bəzi QHT-lər, xüsusilə də xaricdən maliyyələşənlər, hökuməti və ölkədəki mentaliteti dəyişmək istəyirlər: “Onlar bəzi şəxslərin əlində oyuncağa çevrilib. Bunu Macarıstanda, Azərbaycanda görmək olar. Unutmamalıdırlar ki, xalq onlara inanır və onlar insanlar qarşısında məsuliyyət daşıyırlar. Bu problem Avropanın özündə də var. Böyük Britaniyada, Almaniyada da bunu görmək mümkündür”. Azərbaycanda belə zərərli QHT-lərin təsirlərinin məhdudlaşdıırlması üçün hansı addımlar atılmalıdır?

BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin fikrincə, zərərli QHT-lərin təsirlərinin məhdudlaşdırılması üçün onlara qarşı qanun çərçivəsində addımlar atılmalıdır. Eyni zamanda, həmsöhbətimiz düşünür ki, belə Q     HT-lər ictimaiyyətin də ciddi nəzarətində olmalıdır: “Onsuz da xaricdən maliyyələşən və əcnəbilərin əlində oyuncağa çevrilən yerli QHT-lərin əksəriyyətinin təsir dairəsi məhdudlaşıb. Onlar faktiki olaraq, hər hansı bir fəaliyyət həyata keçirmək imkanına malik deyillər. Amma bununla yanaşı, köhnə peşələrini davam etdirən, xarici qrantlar vasitəsilə ayrı-ayrı ölkələrin istəklərini həyata keçirmək istəyən insanlar var. Belə QHT və şəxslərə qarşı isə şübhəsiz ki, qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atmaq lazımdır.  Onlara həmin vəsaitlərin hansı və nə məqsədlə verildiyi müəyyənləşməli, eyni zamanda o şəxslərin vergidən yayınma halları və digər qanuna zidd əməlləri ortalığa çıxarılmalıdır. Bu güə kimi oxşar amillər olub və onlara qarşı da müvafiq addımlar atılıb. Həmin şəxsləri himayə edən ayrı-ayrı beynəlxalq donor təşkilatları isə bunu qanun pozutusu kimi qələmə verməyə çalışır. Lakin Azərbaycanda hər kəs qanun çərçivəsində fəaliyyət göstərməyi bacarmalıdır.

Digər tərəfdən, ictimaiyyətin də bu kimi məsələlərdə fəal olması vacibdir. QHT  sahəsində fəaliyyət göstərən insanlar və medianın da bu istiqamətdə aktiv iştirakına ehtiyac vardır. Həmin QHT-lərin fəaliyyətində şəffaflığın olması istiqamətində addımlar atılmalıdır. Fəaliyyətləri sosial şəbəkələrin diqqət mərkəzində olmalıdır”.

Yurddaş Partiyasının sədri Mais Səfərli düşünür ki, ölkəmiz üçün zərərli QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac vardır: “QHT-lər məsələsi ciddi bir məsələdir. Təbii ki, Azərbaycanda vətəndaş cəmiyyəti mövcuddur. Azərbaycan demokratik, hüquqi dövlətdir. Bu mənada ölkəmizdə QHT-lərə də yaşıl işıq yandırılıb. Kiçik ölkəmkizdə minlərlə QHT fəaliyyət göstərir. Onların da əksəriyyəti Azərbaycan dövləti və xalqının marağını müdafiə edir, əhalinin maarifləndirilməsi, insan hüquqlarının qorunması və digər sahələrdə təbii ki, dövlətimizə yardımçı olurlar. Lakin elələri də çox təəssüf var ki,  işləri Azərbaycanı sevməyən beynəlxalq təşkilatlara donoslar yazmaq, dövlətimizi gözdən salmaq üçün yanlış məlumatlar ötürmək, ölkəmizi təhrif olunmuş şəkildə təqdim etməkdən ibarətdir. Onlar da anti-azərbaycan fəaliyyətlərini heç də elə-belə etmirlər. Müəyyən maliyyə və maddi maraqlar müqabilində bu çirkin işə gedirlər. Yəni burada merkantin maraqlar var. Özü də həmin maliyyə ermənipərəst və Azərbaycanı sevməyən digər dairələr tərəfindən verilir. Ona görə də bu təhlükəli bir məsələdir.

Bütün QHT-lərin fəaliyyəti ümumiyyətlə, şəffaf olmalıdır. Bu xüsusda da maliyyə şəffaflığı daha vacibdir. Aldıqları hər bir qəpiyin kimdən və hansı layihələr üçün alındığı açıqlanmalıdır. Əks təqdirdə, qanunda nəzərdə tutulmalıdır ki, açıqlamadan yayınan və şəffaf olmayan təşkilatlar dövlətimizin milli maraqlarına zərbə vurduqlarına görə onların qapadılması məqsədəuyğun hesab olunsun. Yəni, belə QHT-lərə qarşı qanun öz üzünü sərt şəkildə göstərməlidir. Ona görə də bu istiqüamətdə qanunvericilik təkmilləşdirilməlidir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz