Əlaqə Arxiv
news Image
2018.06.29
10:00
| A A A
Türkiyə-Azərbaycan münasibətlərində yeni inkişaf mərhələsi
Yeni Türkiyə daha çevik, güclü və praqmatik olacaq

Türkiyədə prezident və parlament seçkilərindən sonra başlayıb və bu, ümumtürk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar seçkilərdə  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan seçkiyə qatılan 88 faiz seçicinin 52,5 faizinin səsini alaraq yenidən prezident seçildi. Bununla da Türkiyədə prezident üsul-idarəsi dövrü başlandı.

Qardaş ölkədə parlamentli hökumətdən prezident üsuluna keçid dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Opponentlərin dərd-səri birbaşa Rəcəb Tayyip Ərdoğanla bağlıdır. Bir sıra dövlət başçıları, xüsusilə də inkişaf etmiş və dünya siyasətinin konturlarını müəyyənləşdirən dövlətlərin rəhbərləri Ərdoğanı diktatorluğa yuvarlanmaqda təqsirləndirərək hakimiyyətin bütün qollarını əlində cəmləşdirməkdə ittiham etməyə çalışırlar. Bu, doğrudandamı belədir?! Türk xalqının başı dərddən heç vaxt xali olmayıb. Onun uğurlarını, tarixini, dövlətçilik yolunu, təcrübəsini istəməyənlər geniş coğrafi məkanda istəməyənlər çoxdur. Bəla burasındadır ki, Türkiyəyə qarşı olanlar ondan qorxan və dünyada hökmranlıq arzusuna düşənlərdir. Almaniya iki dünya müharibəsinin səbəbkarıdır, Fransa öz ərazisindən minlərlə kilometr uzaqlıqda işğal etdiyi torpaqları öz ərazisinə çevirib, ABŞ dünya hökmranlığı arzusundadır və sairə.

Sovet imperiyası dağılandan sonra dünya düzənində ciddi dəyişikliklər dövrü başladı və bu hələ də davam edir. Məsələ burasındadır ki, Türkiyə hökumətinin dünya tarixində bir neçə dəfə sivilizasiya qurması özündənrazı dövlətlərinin siyasətində qəbul edilmir. Çünki, türkün tarixən döyüşkən obrazı bu dövlətləri daim qorxu altında saxlayır. Çünki, onlar digər dövlətlərə münasibətlərində çox haqsızlığa yol verir və arxasızlara havadarlıq edən Türkiyənin bir gün ayağa qalxacağından çəkinirlər. Prinsipcə, bugünün Türkiyəsi əslində, elə inkişaf etməkdə olan ölkələrin himayədarı missiyasını daşıyır və bununla şöhrətini getdikcə artırır.

Son əsrin əvvəlindən tez-tez informasiya məkanına Qərbin hegemonluq arzularını əks etdirən və Yaxın Şərqə aid müxtəlif siyasi-coğrafi xəritələr sızdırılır. Həmin xəritələrin hamısında ABŞ-ın yeni dünya düzənini necə quracağı barədə fikirlər söylənilir və nəticə kimi Türkiyənin bir neçə yerə parçalanacağı ciddiyyətlə bildirilir. Bəli, bu, Qərbin arzusudur. Və bütün Yaxın Şərq siyasəti bu arzular üzərində qurulub. Ancaq Türkiyəyə və onu qoruyan xalqın türk ruhuna qalib gəlmək hələ tarixdə heç bir hökmdara nəsib olmayıb. Dəfələrlə edilən cəhdlər sonucda qəsbkarların məğlubiyyəti ilə nəticələnib. 2016-cı ilin dövlət çevrilişi cəhdi bunun bariz nümunəsidir. İndi də Suriyada Türkiyəni zəiflədib növbəti həmlələrə keçmək fikri var. Belə bir siyasi mübarizə qoynunda mərkəzi siyasi hakimiyyətin çevikliyi və qətiyyətliliyi tələb olunur. Məhz, prezident üsul-idarəsi bu tələblərə dolğun cavab verə bilər. Azərbaycanın bu istiqamətdəki təcrübəsi dediklərimizi əyani göstərir.

Prezidentlik dönəmində nəinki siyasi, həm də iqtisadi qərarların çevikliyi gündəmə gəlir. Bu baxımdan bütün sahələrdə sız əməkdaşlıq şəbəkəsi quran Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da intensiuvləşməsi qaçılmaz və zərurətdir. İki qardaş dövlət arasında görüləsi vacib işlər çoxdur və ölkələrin prezidentləri tərəfindən inkişafa xidmət edən layihələrin daha böyük sürətlə həyata keçirilməsi təkcə ölkə daxilində deyil, regionda və beynəlxalq aləmdə iqtisadi yüksəlişə ciddi töhfələr verəcək.

Bu gün Azərbaycan-Türkiyə ictimai-siyasi və iqtisadi əlaqələri Türk dövlətləri üçün bir nümunədir. Bu proses yaxın və uzaq Orta Asiya layihələrinin başlıca mənbəyinə çevriləcək. Hazırda bu istiqamətdə maraqlı işlər başlayıb. Qazaxıstanın ardınca Özbəkistan da latın qrafikasına keçməklə türk xalqlarının yazə dilinin sürətlə yaxınlaşmasına şərait yaradıblar. Buna görə də bu dövlətlərin hər birinin inkişafı digərinə müsbət təsir edir. Türkiyənin indiki yüksəlişi də Dünya Türk Birliyinin dirçəlişidə öz sözünü deyəcək.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz