Əlaqə Arxiv
news Image
2018.06.29
13:35
| A A A
"Belə icmaları yalnız məhkəmə yolu ilə ləğv etmək olar"

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

O bildirib ki, belə icmaları yalnız məhkəmə yolu ilə ləğv etmək olar: "Lakin bu halda da həmin icma sədri etiraz edə bilər ki, heç bir qanunsuzluq etməyib?"

G.İsmayılov təklif edib ki, belə halların qarşısını almaq üçün ya dini icmaların üzvləri özləri icmanı ləğv etdirməli, ya da qanunvericiliyə dəyişiklik edilməlidir.

Komitə rəsmisi bu məsələ ilə bağlı onlara hər hansı səlahiyyətin verilməsindən məmnun qala biləcəklərini də söyləyib.

G.İsmayılov əlavə edib ki, bəzən sənədlər düzgün tərtib edilmədiyindən komitə onları qeydiyyata ala bilmir. Bu da dini icmaların narazılığına səbəb olur.

O, din xadimlərinin də qanunvericiliyi bilməsini vacib sayıb.

Sizin Reklam Yeriniz