Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edildi
Türkiyədə bu gün ötən ilin iyulun 21-dən, hərbi çevrilişə cəhddən sonra tətbiq olunan fövqəladə vəziyyət rejimi rəsmən ləğv edilib.
Movqe.az xəbər verir ki, iyulun 21-dən sonra Türkiyə parlamenti rejimin 3 ay müddətinə uzadılmasına dair ümumilikdə yeddi qərar qəbul etmişdi.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın isə söyləyib ki, terror təhlükəsi yarandığı halda ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər.