Əlaqə Arxiv
news Image
2012.04.30
18:02
| A A A
Almaniyadakı səfirliyimizdən ittiham dolu bəyanat
Bu gün Azərbaycanın Almaniyadakı səfirliyi bu ölkə mediasının və bəzi rəsmi şəxslərinin Azərbaycan əleyhinə olan davamlı çıxışları barədə bəyanat yayıb

Movqe.az AzərTac-a istinadən xəbər verir ki, Almaniyadakı səfirliyimiz bəyanat yayıb. Bəyanatda bildirilib ki, "Yeni Azərbaycan" qəzetində bir müddət əvvəl Almaniyanın bəzi dairələri tərəfindən Azərbaycana qarşı həyata keçirilən fəaliyyətlə bağlı dərc olunan məqaləyə Almaniyanın Azərbaycandakı səfirliyi mövqe bildirib: "Almaniyanın Bakıdakı səfirliyinin məsələyə bu cür reaksiyası təəccüb doğurur. Birincisi ona görə ki, Almaniyada olduğu kimi, Azərbaycanda da mətbuat müstəqildir və Azərbaycan hökumətinin mətbuat orqanlarına təsir göstərmək səlahiyyətləri yoxdur. Digər tərəfdən, Almaniyada artıq bir müddətdir, yəni Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki qələbəsindən sonra bəzi dairələr tərəfindən birdən-birə sistemli şəkildə çirkin antiazərbaycan kampaniyası aparılmaqdadır. Məyusedici haldır ki, həmin kampaniyada Almaniya hökumətinin insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninq, Almaniyanın Avropa Şurasındakı təmsilçisi Kristofer Ştrasser, eləcə də Almaniya Bundestaqının bəzi deputatları da fəal iştirak etmişlər və hazırda iştirak etməkdədirlər. Bu kampaniyaya eləcə də, Almaniyanın bir sıra mətbuat orqanları, o cümlədən "Şpigel", "ARD" kimi media qurumları təbliğat dəstəyi verməkdədir".

Bəyanatda bildirilib ki, kampaniya çərçivəsində yayılan məlumatlardan görünür ki, Almaniyada bəzi dairələr Azərbaycanın imicinə zərbə vurmaq məqsədi güdürlər: "Lakin biz hesab edirik ki, bu cür böhtan və uydurma dolu kampaniya alman xalqının Azərbaycana olan mövqeyini dəyişdirə bilməz və bu kampaniyanı aparanlar Azərbaycan ilə Almaniya arasında uzun illərdir formalaşmış sıx mehriban dostluq və əməkdaşlıq münasibətlərinə zərbə vurmaq məqsədinə çatmayacaqlar"


Tural QABİLOĞLU

Sizin Reklam Yeriniz