Əlaqə Arxiv
news Image
2018.08.01
22:00
| A A A
Azərbaycan XİN rusiyalı jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasında (MAR) rusiyalı jurnalistlərin vəfatı ilə əlaqədar başsağlığı verib.

Başsağlığı Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.

 

Başsağlığında deyilir: "MAR-da faciəli şəkildə ölən rusiyalı jurnalistlərin doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, dünən MAR-da 3 rusiyalı jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko öldürülüb.

Sizin Reklam Yeriniz