Əlaqə Arxiv
news Image
2018.08.07
08:00
| A A A
Supergüclər Qafqazda toqquşur
Məhəmməd Əsədullazadə: “ABŞ-la Rusiya arasında davam edən siyasi böhran ilk növbdə dünya təhlükəsizlik sistemini təhdidi edir” İlqar Vəlizadə: “Onsuz da Minsk qrupunun fəaliyyəti iflicə yaxındır”

ABŞ Rusiyanın "Aqrosoyuz" kommesiya bankına qarşı sanksiya tətbiq edib. Bu addım Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi çərçivəsində atılıb. 

"Qara siyahı"ya Rusiyanın daha bir fiziki şəxsi daxil edilib. Göründüyü kimi, iki fövqəl güc münasibətlərindəki gərginlik artan xətt üzrə davam edir. Bu fonda onların Qafqazda da “toqquşacağı” istisna edilmir. Belə olan təqdirdə Qarabağdakı proseslərin necə cərəyan edəcəyi maraqlıdır. Bundan başqa, həmsədr kimi Minsk qrupundakı fəaliyyətləri sual doğurur. Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, ABŞ-la Rusiya arasında davam edən siyasi böhran ilk növbdə dünya təhlükəsizlik sistemini təhdidi edir: “İki fövqəldövlətin Yaxın Şərqdə və Şəqri Avropada apardığı siyasi-hərbi mübarizə Cənubi Qafqaza da keçməkdədir. Rusiyanın həyata keçirdiyi aqressiv siyasətə qarşılıq olaraq ABŞ tərəfindən tətbiq edilən sanksiyalar Rusiyanı iqtisadi cəhətdən zəiflətsə də, hələlik Moskva öz geosiyasi maraqları naminə ABŞ-la mübarizəsini aparmaqdadır. ABŞ-ın Rusiyaya tətbiq etdiyi növbəti sanskiyalar bu ölkənin maliyyə və bank sektorunu hədəfə alır. Rusiyanın beynəlxalq maliyyə əməliyyatlarında çətinlik çəkməsinə hesablanıb. İqtisdi təzyiqlər bir növ iqtisadi savaşdır. O baxımdan ABŞ-Rusiya iqtisadi savaşı geniş spektrdə davam edir”.
Politoloqun fikrincə, iki hegemon ölkənin maraqlarının toqquşması Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək: “Elə Ermənistanda baş verən hadisələr məhz Qərbin Rusiyaya dirənişi və bu ölkədən Rusiyanın çıxarılmasına hesablanıb. Bundan əlavə, Gürcüstanda NATO-nun “Layiqli Tərəfdaş” adlı hərbi təlimlərinin şahidi oluruq. Rusiya da Gürcüstanın tərkib hissəsi olan separatçı Abxaziya regionunda  öz hərbi hissələrini  NATO-nun  hərbi təliminə cavab olaraq, təlimə çıxarıb. Göründüyü kimi, ABŞ-Rusiya artıq Cənubi Qafqazda da öz geosiyasi maraqları naminə toqquşmaqdadır. Hər iki ölkə Qarabağ münaqişəsinin həlli istiqamətdə Minsk qrupunun fəal həmsədridir. Lakin iki ölkə arasında davam edən bu siyasi böhran fonunda Minsk formatının fəliyyəti qənaətbəxş deyil. Əgər iki ölkə arasında böhran davam edirsə, Vaşinqton və Moskva necə bir formatda əməkdaşlıq edə bilər?! Bu mümükün deyil. Ona görə də bu iki ölkənin biri Minsk qrupunu tərk etməlidir. Nə qədər ki, iki ölkə arasında münaqişə var, Qarabağ konfliktinin həlli istiqamətində iki ölkənin ortqa mövqeyə gəlməsi mümükün deyil”.
Digər  politoloq İlqar Vəlizadə bildirdi ki, onsuz da Minsk qrupunun fəaliyyəti iflicə yaxındır: “Hazırda təşkilat məhsuldar deyil. Bundan sonra da onun məhsuldarlığını gözləmək düzgün olmazdı. Bu da yaxşı hal deyil. Amma Qarabağ məsələsi Rusiya-ABŞ gərginliyindən birbaşa asılı deyil. Dolayı təsirləri var”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz