Əlaqə Arxiv
news Image
2018.08.09
22:00
| A A A
Suriyadakı bulvara Ərdoğanın adı verildi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə terrorçulardan təmzilədiyi Suriyanın Afrin şəhərindəki bulvarlardan birinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı verilib.

Movqe.az xəbər verir ki, bu barədə Afrin yerli məclisi qərar qəbul edib. Qərara əsasən, daha iki bulvarın adı dəyişdirilərək “Zeytun budağı” və “Səlahəddin Əyyubi” adlandırılıb.

Qeyd edək ki, TSQ və ASO-nun bu ilin mart ayında birgə həyata keçirdiyi “Zeytun budağı” hərbi əməliyyatları zamanı Afrin və ətraf ərazilər terrorçulardan təmizlənib.

Sizin Reklam Yeriniz