Əlaqə Arxiv
news Image
2018.08.27
17:47
| A A A
İsmayıllıda yeni xalça istehsalı emalatxanası tikiləcək

Prezident İlham Əliyev İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd edilir:

İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası ehtiyat fondundan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Sizin Reklam Yeriniz