Əlaqə Arxiv
news Image
2018.08.28
10:49
| A A A
Binəli Yıldırım Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Binəli Yıldırım Azərbaycana səfər edəcək.

Movqe.az xəbər verir ki, bu barədə Trend Türkiyə parlamentinə istinadən məlumat verir.

Səfərin ikigünlük olacağı bildirilir.

Bu ziyarət B.Yıldırımın parlament sədri kimi Azərbaycana ilk səfəri olacaq.

Səfər zamanı spiker Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, bundan əvvəl Baş nazir vəzifəsində çalışan B.Yıldırım cari il iyulun 12-də parlamentin sədri seçilib.

Sizin Reklam Yeriniz