Əlaqə Arxiv
news Image
2018.09.06
09:15
| A A A
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında iqtisadi amillərin xüsusi çəkisi artır
Asim Mollazadə: “Azərbaycanın stabil, sabit ölkə imici qazanması, kənd təsərrüfatı, enerji, nəqliyyat və digər sahələrdə böyük potensiala malik olması Rusiyanı ölkəmizlə əlaqələri bütün sahələr üzrə inkişaf etdirməkdə maraqlı olmağa sövq edib”

Rusiyanın Azərbayandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev bildirib ki, Moskva Azərbaycanla bütün əlaqələrin inkişafında maraqlıdır. Ardınca əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında sazişlər, zərflərin imzalanması iki ölkə arasındakı bütün əlaqələrin inkişafına əlavə təkan verəcək. İki ölkə arasında  iqtisadi münasibətlərin inkişafına toxunan ticarət nümayəndəsi qeyd edib ki, hazırda bu münasibətlər artan dinamika ilə inkişaf edir. 2017-ci ildə 2016-cı ilə nisbətən iki ölkə arasında ticarət dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollar təşkil edib. 

Bu açıqlama onu deməyə əsas verir ki, son zamanlar Rusiyanın Azərbaycana marağı və ehtiyacı artıb. Həmin açıqlama həm də Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Moskvaya olan səfərinin çox uğurla başa çatdığına bir işarədir. Ümumiyyətlə, son dövrlərin tendensiyasına diqqət yetirdikdə görürük ki, Azərbaycana, onunla daha sıx əlaqələr qurmağa maraq göstərən dövlət təkcə şimal ölkəsindən ibarət  deyil. Avropa İttifaqı ölkələri, Çin, Yaponiya, ABŞ kimi dünya nəhəngləri də Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını dəfələrlə bəyan ediblər.
Milli Məclisin deputatı Asim Mollazadə bildirdi ki, Azərbaycanın stabil ölkə olaraq kənd təsərrüfatı, enerji sahəsində böyük potensiala malik olması və mühüm nəqliyyat qovşağı üzərində yerləşməsi faktı Moskvada da Bakı ilə hərtərəfli əməkdaşlığın inkişafı istiqamətində maraq yaradıb: “Azərbaycanın stabil ölkə olması faktı digər ölkələr kimi Rusiyanı da ölkəmizlə bütün sahələrdə daha sıx əməkdaşlığa sövq edir. Azərbaycan həmçinin real olaraq mehriban qonşuluq siyasəti həyata keçirir. Azərbaycan Rusiya ilə tərəfdaşlıq və qarşılıqlı maraqlar əsasənda iqtisadi əməkdaşlıqda maraqlı olub. Son zamanlar da bu istiqamətdə əlaqələrimiz daha da güclənir. 
Zənnimcə, bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya olan son səfərinin də mühüm rolu olub. Belə ki, bu səfərin gedişində iki ölkə arasında bir çox mühüm sənədlər imzalandı, razılıqlar əldə olundu. 
Çox istərdik ki, bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatının daha da inkişafına töhfə versin. Azərbaycan kənd təsərrüfatı, enerji və nəqliyyat və digər sahələrdə böyük potensiala malikdir. Bu amilin özü də Rusiyanı Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olmağa sövq edir”.    

Sizin Reklam Yeriniz