Əlaqə Arxiv
news Image
2018.10.04
12:40
| A A A
Şoyqu rəsm çəkib, Lavrova verirmiş... - Etiraf

Rusiya Müdafiə naziri Sergey Şoyqu asudə vaxtlarında rəsm çəkməyi sevdiyini bildirib. Movqe.az xəbər verir ki, Şoyqu bu barədə “Neizvestnaya Sibir” jurnalına müsahibəsində edib. O, çəkdiyi rəsmlərin bir qismini Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinaya bağışladığını deyib:

“Asudə vaxtım olanda çəkirəm. Bəzən hətta hökumətin iclasından əvvəl də çəkirəm. Sonra bunu köhnə dostum Sergey Lavrova və ya Elvira Nabiullinaya hədiyyə edirəm. Artıq əl işlərimdən ibarət xeyli kolleksiya toplanıb. Nabiullina hətta rəsmləri yığaraq albom halında dərc etdirib. Bunlardan birini doğum günümdə mənə hədiyyə edib, digərini isə özünə saxlayıb.

Sizin Reklam Yeriniz