Əlaqə Arxiv
news Image
2018.10.04
14:38
| A A A
Skripalı zəhərləyən polkovnik Yanukoviçi qaçırıb?

Sergey Skripal və qızını zəhərləməkdə ittiham edilən Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki Anatoli Çepiqa (Ruslan Boşirov) 2014-cü ildə Ukraynadakı hadisələrdə iştirak etməyib.

Axar.az xəbər verir ki, bunu “Dojd” televiziyasına müsahibəsində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk deyib. Onun sözlərinə görə, Çepiqanın Ukraynadakı əməliyyatda iştirakı ilə bağlı informasiya yalandır:

“Yanukoviçin Ukraynadan çıxarılması prosesində yalnız Ukrayna Prezidentinin Təhlükəsizlik Xidmətinin zabitləri iştirak ediblər. Bunu Ukrayna məhkəməsi və Baş Prokurorluğu da təsdiq edib. Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Konstantin Kobzar yalnız bir dəfə Rusiya Federal Mühafizə Xidmətinə müraciət edib. Bu, Melitopol rayonunda pusqu aşkarlandığı zaman baş verib”.

Qeyd edək ki, Ukrayna Daxili İşlər naziri Arsen Avakov bundan öncə Çepiqanın Yanukoviçin 2014-cü ildə Rusiyaya qaçırılmasında iştirak etdiyini bildirib. O, məhz bundan sonra Çepiqanın “Rusiya Qəhrəmanı” adını aldığını bildirib.

Sizin Reklam Yeriniz