Əlaqə Arxiv
news Image
2018.10.04
16:14
| A A A
Mİ-6 vaxtilə Putinə hakimiyyət və Avropa yolunu açdığını etiraf edir

Böyük Britaniya və Rusiya arasında son illərdə münasibətlər yumşaq dillə deyilsə soyuqdur. Britaniya hakimiyyəti Putinə yaxın və son 20 ildə ölkəyə külli miqdarda pul gətirən rus oliqarxlarını hazırda “persona non qrata” elan edib.

Lakin ada mətbuatı buna görə məhz öz hökumətini və xüsusi xidmət orqanlarını qınayır.

Məsələ ilə bağlı Böyük Britaniyanın “The Times” qəzetində dərc olunan bir məqalə xüsusilə diqqəti cəlb edir. Burada rəsmi Londonun vaxtilə Putinin hakimiyyətdə qalıb möhkəmlənməsi üçün verdiyi dəstəklə əlaqədar bir epizoddan bəhs edilir.

“Böyük Britanya xarici kəşfiyyat xidməti Mİ-6-nın zamanında Putinin hakimiyyətə gəldiyi illərdə kömək etdiyinə görə bərk peşmançılıq çəkir. Kəşfiyyat xidməti həmin vaxt baş nazir Toni Blerə Putinlə bərabər bir tədbirdə iştirak etməsinin faydalı olacağı barədə məruzə də edibmiş”, qəzet yazır.

“Mİ-6”ya 1999-2004-cü illərdə rəhbərlik edən ser Riçard Dierlav Rusiyada 2000-ci ildəki prezident seçkiləri öncəsi KQB-nin (məqalənin orjinalında belə yazılıb-red.) yüksək rütbəli bir zabitinin Londonda ondan kömək istədiyini bildirib”,- müəllif Devid Sanderson yazır.

Həmin zabit baş nazir Toni Blerin məşhur rus bəstəkarı Sergey Prokofyevin “Hərb və sülh” operasının Peterburqdakı Mariinsk teatrındakı quruluşunu Vladimir Putinlə birlikdə izləməsini xahiş edib.

“Biz Londonda Toni Blerin həmin tədbirdə iştirak edib-etməməli olduğunu uzun müddət müzakirə etdik və “bütün “hə və”yox”ları nəzərə aldıqdan sonra bunun unikal bir şans olduğuna qərar verdik. Bu səbəbdən baş nazirin razılığını aldıq”, ser Riçard Dierlav “Klayvden ədəbiyyat festivalı”nda çıxışında bildirib.

Daha sonralar R. Dierlavdan kəşfiyyatın baş nazirə Putinin reputasiyası barədə yanlış məlumat çatdırdığı barədə peşman olub-olmadığı barədə xəbər alınıb.

“Olduqca böyük peşmançılıq duyulmaqdadır”,- yazıda qeyd olunub.

“Lakin bir şeyi nəzərə alın ki, bizim həmin vaxt Rusiya ilə olduqca gözəl münasibətlərimiz var idi. Sonra hər şey xırda əngəllərlə başladı. Bütün bu xırdalar isə daha bir iri bir şeyə çevrildi”, - Riçard Dierlav bildirib.

Sizin Reklam Yeriniz