Əlaqə Arxiv
news Image
2018.10.05
09:40
| A A A
Bakı İrəvana daha sərt təzyiq göstərməli olacaq
Sədrəddin Soltan: “Emənistanda vəziyyətin gərginləşməsi Qarabağın işğal altında qalması müddətinin uzanmasına xidmət edir” Məhəmməd Əsədullazadə: “Ermənistanda siyasi sabitsizlik Qarabağ danışıqlarını yubadır”

Nikol Paşinyan Ermənistan rəhbərliyinə gəldikdən bu günə qədər ölkədə sabitlik bərqərar olunmayıb. Əksinə, son günlər düşmən ölkədə vəziyyət yenidən gərginləşib. Son üç gün ərzində 6 nazir və digər vəzifəli şəxslər istefaya göndərilib. 

Bizim üçün isə düşmən ölkədəki vəziyyətin Dağlıq Qarabağ münaqişəsinə təsiri maraqlıdır. Politoloq Sədrəddin Soltanın fikrincə, Emənistanda vəziyyətin gərginləşməsi Qarabağın işğal altında qalması müddətinin uzanmasına xidmət edir: “Bu, əvvəllər baş vermiş gərginliklər zamanı da təsdqilənib. İndi Nikol Paşinyan hökuməti və tərəfdarları  parlamentin buraxılmasını, bu orqana cari ilin dekabrında növbədənkənar seçkilərin keçirilməsini istəyir. Keçmiş hakim Respublika Partiyası, onun əski koalisiya orağı olmuş «Daşnaksütyun» Partiyası, habelə Paşinyanın keçmiş müxalifət orağı olan “Çiçəklənən Ermənistan” Partiyası isə buna qarşıdır.  
Parlament seçkiləri və başqa amillər ölkədə yenidən gərginliyin yaranmasına səbəb olur. Belə bir şəraitdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları aparacaq qüvvəni müəyyənləşdirməkdə çətinlik çəkir. Ölkədə hərc-mərclik var. Vəziyyət aydın deyil. O biri tərəfdən Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi aydın deyil. Bütün bunlar isə münaqişə ilə bağlı məsələlərə mənfi təsir göstərir”.
Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Ermənistanda başlayan siyasi böhran ölkədə yeni hakmiyyətin gələcək işinə mane olmaq üçün Serj Sarkisyanın həyata keçirdiyi plandır: “Nikol Paşinyan öz hakmiyyətini möhkəmlətmək üçün bu ilin sonunda növbədənkənar parlament seçkiləri keçirmək istəyir. Bununla parlamenti öz nəzarətinə almaqla, hakmiyyətini legitimləşdirməyə çalışır. 
Baş verən hadisələr ölkədə inqilabın davam etdiyini göstərir. Bu inqilabda da növbəti dəfə S.Sarkisyan məğlub olacaq və onun parlament üstünlüyünə son veriləcək. Sarkisyan hazırda siyasi fiaskosunu yaşayır”.
Politoloq əlavə etdi ki, Ermənistanda siyasi sabitsizlik Qarabağ danışıqlarını yubadır: “Baxmayaraq ki, Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində Prezident İlham Əliyevlə Nikol Paşinyan dövlət sərhəddində və işğal edilmiş ərazilərin təmas xəttində atəşkəsin qorunması və operativ əlaqə qurulması məsələsində razılaşıblar. Bu şifahi razılaşma növbəti ildən danışıqların yeni mərhələyə keçməsinə zəmin yarada bilər. N.Paşinyan bu ilin dekabr ayında parlamentə seçki keçirib, üstünlüyünü bərpa etsə, 2019-cu ildən Qarabağ konflikti üzrə danışıqlar davam edəcək. 
Hazırda Düşənbə razılaşmasına əsasən, Ermənistanda daxili vəziyyətə görə danışıqlar intensiv olmasa da bu ayın sonu xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüşdə müsbət nəticə əldə edilməsə, rəsmi Bakı gələn ildən İrəvana daha sərt təzyiq göstərməli olacaq”.
übariz BAYRAMOV

Sizin Reklam Yeriniz