Əlaqə Arxiv
news Image
2018.10.08
11:40
| A A A
Armen Sarkisyan hansı mövqeyi tutur?!

Ermənistan prezidenti Armen Sərkisyan Nyu-Yorkda “Şərq-Qərb” institutunun mükafatına layiq görülüb. Dövlət xadimi kimi ona institutun həmtəsisçisi, amerikalı diplomat Con Edvin Mroz adına mükafat təqdim olunub. Bu mükafat “liderlik və təşəbbüskarlığa” görə verilir.
Armen Sərkisyanın Nyu-Yorka səfəri Ermənistanda siyasi böhranın başlanması ilə üst-üstə düşdü. Parlament “Milli yığıncağın reqlamenti haqqında” qanuna dəyişiklikləri qəbul etdi ki, bunlar növbədənkənar parlament seçkilərinin keçirilməsini çətinləşdirəcək. Onların keçirilməsində baş nazir Nikol Paşinyan israr edir.
Növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyi onunla izah edilir ki, parlamentin hazırkı tərkibi siyasi qüvvələrin real vəziyyətini əks etdirmir, legitim deyil və xalqın iradəsini əks etdirmir.
Ermənistandakı yaz inqilabı günlərində olduğu kimi baş nazir yenə on minlərlə tərəfdarını küçələrə çıxardı və keçmiş hakim Respublikaçılar Partiyasından olan deputatlarla danışıqlara yollandı. Belə ki, məhz onlar növbədənkənar seçkilərin keçirilməsini qeyri-mümkün edən düzəlişlərin qəbulunu təşkil etmişdilər.
Danışıqlardan sonra baş nazir onu gözləyən çoxminlik nümayiş iştirakçılarına bildirdi ki, şifahi razılıq əldə edilib – keçmiş iqtidar və onun indiki tərəfdarları seçkilərin keçirilməsinin qarşısını almayacaqlar. Lakin Respublikaçılar Partiyasının nümayəndələri ertəsi gün bildirdilər ki, heç bir razılıq əldə olunmayıb.
Elə bir vəziyyət yaranıb ki, seçkilərin taleyi prezident Armen Sərkisyanın əlindədir. O, qanun layihəsini imzalayarsa, qüvvəyə minəcək. Bundan isə mandatlarının qorunub saxlanması üçün düzəlişləri qəbul etmiş parlament qüvvələri istifadə edəcək.
Lakin hazırda Ermənistanda prezidentin başqa mümkün addımı da fəal müzakirə olunur. O, qanun layihəsini rədd edə və onu konstitusiyaya müvafiq olub-olmadığını nəzərdən keçirmək məqsədilə Konstitusiya Məhkəməsinə göndərə bilər. Bu zaman isə kifayət edəcək ki, parlament buraxılsın və növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olunsun.
Sərkisyan artıq bildirib ki, Ermənistana qayıtdıqdan sonra siyasi qüvvələrlə müzakirələrə başlamağa hazırlaşır.
Sərkisyanın qanun layihəsini imzalayıb-imzalamayacağı məsələsi Ermənistan mediasında da müzakirə edilir.
“Lragir” nəşrinin siyasi icmalçısı Akop Badalyan güman edir ki, Erməmnistan prezidenti qanun layihəsini dəstəkləyəcəyi təqdirdə dövlət əleyhinə hərəkət etmiş olacaq. “Armen Sarkisyan bu qanun layihəsini imzalayarsa, faktiki olaraq həmin mükafatı dəyərdən salacaq. Dövlət xadimi dövlət əleyhinə fəaliyyət göstərən xadimlərin təşəbbüskarı olduqları qanun layihəsini imzalaya bilməz”.
Ekspert hesab edir ki, ölkə prezidenti belə addıma getməyəcək, çünki bu, ölkədə siyasi böhranın dərinləşməsinə gətirib çıxaracaq.
Sərkisyan ümumxalq səsverməsi nəticəsində deyil, parlament deputatları tərəfindən prezident seçilib. Onun namizədliyini Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan – Ermənistan Respublikaçılar Partiyasının lideri irəli sürüb.
İnqilab günlərində Sərkisyan müxalifətçi deputat və etiraz hərəkatının lideri Paşinyanla Serj Sərkisyan arasında danışıqlarda vasitəçi olmuşdu. Bu dəfə necə davaranacaq onu zaman göstərəcək.

Analitik Ehtiram Aşırlı

Sizin Reklam Yeriniz