Əlaqə Arxiv
news Image
2018.10.10
10:30
| A A A
Zatulin İrəvana erməni lobbisinin tapşırıqlarını çatdırmağa gedib

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini  Konstantin Zatulin Ermənistandadır. Görünür, Ermənistana səfəri son daxili siyasi hadisələrlə bağlıdır. O, səfər çərçivəsində Ermənistanın milli məclis sədri Ara Babloyan və erməni iş adamı Qaqik Çarukyanla görüşüb. Görüş zamanı ölkə daxilində baş verən bir sıra vacıb məsələlərə toxunublar. Əvvəla onu qeyd edim ki, Zatulinin Azərbaycana qarşı səsləndirdiyi sərsəm bəyanatlardan sonra İrəvana səfər etməsi də ayrı bir məna kəsb edir. Onun Ermənistana səfərini həmçinin erməni lobbisinin tapşırıqlarının hökümətə çatdırılması kimi də qiymətləndirilməlidir. Bununla da Rusiyada fəaliyyət göstərən erməni lobbisi İrəvanda gələcəkdə formalaşacaq hökumətə dəstəyini verməklə indidən əlaqələrini möhkəmləndirməyə çalşır. Bütün cəhdlərinə rəğmən Ermənistanın baş naziri Nikol Paşinyanla görüş baş tutmayıb.  

 Analitik Ehtiram Aşırlı

Sizin Reklam Yeriniz