Əlaqə Arxiv
news Image
2018.10.11
10:22
| A A A
Erməni əsgəri acdır...

İqtisadi böhran içərisində olan Ermənistanda korrupsiya və rüşvətxorluğun geniş yayılması, kənd təsərrüfatının iflic vəziyyətinə düşməsi, digər tərəfdən, sürətli inflyasiya ölkəni dağılmağa sürükləyir. Davamlı olaraq artan qiymətlərlə hökumətin açıqladığı rəqəmlər arasında böyük ziddiyyət var. Bunun ən bariz nümunəsi aclıq və səfalət içərisində yaşayan erməni xalqıdır. Son vaxtlar Ermənistanın müdafiə sistemindəki vəziyyət daha da acınacaqlı hal alıb. 

Bu gün Ermənistan ordusunun şəxsi heyəti arasında mənəvi-psixoloji durum və nizam-intizam yox dərəcəsindədir. Orduda fərarilik halları gündən-günə artmaqdadır. Bu, ordunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən bölmələrində daha qabarıq şəkildə nəzərə çarpır. Hazırda bu ölkənin Milli Təhlükəsizlik Xidməti müdafiə və ümumilikdə hərbi sahədə hökm sürən özbaşınalıq, korrupsiya, rüşvətxorluq, xüsusilə gənclərin saxta sənədlərlə ordudan yayınması hallarının araşdırılması və ictimailəşdirilməsi məsələləri ilə məşğul olur. Sosial şəbəkələdə aparılan müşahidələrə əsasən, Noyemberyan ərazisində yerləşən hərbi hissələrdə əsgərlər hər dəfə postlara döyüş mövqelərinə getməzdən öncə evləri ilə əlaqə saxlayaraq valideynlərindən onlara ərzaq almaları üçün pul göndərmələrini xahiş edirdilər. “Hər dəfə hər əsgərdən 7-10 min dram (25-35 manat) məbləğində pul toplayırdılar. Məsələ bundadır ki, mövqelərdə yerləşdirilən və döyüş növbəsi üçün postlara qalxan əsgərlərə yemək verilmir. Bu səbəbdən ərzaq və siqaret almaları üçün əsgərlər evlərinə, öz valideynlərinə müraciət etmək məcburiyyətində qalırlar.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan orduda xidmət edən əsgərlərə evdən yemək və paltar göndərilməsini qadağan etməsi ilə bağlı qərar qəbul edib və bu, vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, bu qadağadan sonra Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi və hərbi komandanlıqlar orduda müqavilə əsasında xidmət edən hərbi qulluqçulara verilən ərzağı da kəsməyə başlayıb. Adının çəkilməsini istəməyən vəzifəli şəxs bildirib ki, artıq bir neçə gündür müqavilə əsasında muzdla işləyən hərbi qulluqçular hərbi hissələrin hesabına yemək yeyə bilmirlər və nəticədə aclıqdan əziyyət çəkməmək üçün özləri ilə qida gətirməkdən başqa çıxış yolları qalmır. Bundan əlavə hərbi hissə komandanlıqları döyüş yox, sadəcə texniki xidmət keçən müqaviləli hərbi qulluqçulara ümumiyyətlə, yemək verilməməsi ilə bağlı “yuxarıdan” əmr alıblar. Bu mənada orduda vəziyyət olduqca gülməli və maraqlı hal alıb. Belə ki, baş nazir əsgərlərin evdən göndərilən müxtəlif məhsullarla təchiz edilməsinə qadağa qoyur, əvəzində isə müqaviləli hərbçilərə verilən təminatlar azaldılır, yaxud yalnız öz hesablarına ərzaq almaları tapşırılır. Başlıca problemlərdən biri də hərbçilərin özləri ilə gətirdikləri ərzağı saxlamaq üçün hərbi hissələrdə müvafiq şəraitin olmamasıdır. Yay aylarında isə bu problem daha da aktuallaşır. Həmçinin hərbçilərin hər dəfə özləri ilə yemək daşıması çətinlik yaradır. Nazirlik isə bütün bu ittihamları rədd edərək bildirib ki, qida təminatları üçün müqaviləli hərbi qulluqçulara aldıqları maaşlardan əlavə 10 min dram (20 ABŞ dolları) pul verirlər. Hərbi qulluqçular isə indiyədək həmin pulu “görmədiklərini” deyirlər. Qeyd edim ki, hərbi qulluqçulara qarşı bu cür davranış qarşıda daha ciddi problemlərə gətirib çıxara bilər. Gənclərin ölkəni tərk etməsi səbəbindən onsuz da orduda xidmət etməyə əsgər tapmayan rəsmi İrəvan bu gedişlə, muzdla tutduğu hərbi qulluqçuları da itirə bilər.       Analitik Ehtiram Aşırlı

Sizin Reklam Yeriniz