Əlaqə Arxiv
news Image
2018.10.15
09:55
| A A A
Serj Sərkisyanın partiyasının son çırpınışlarıdır

10 oktaybr tarixində Nikol Paşinyan Milli Məclisə baş çəkib, parlamentin sədri Ara Babloyan və Ermənistan Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryanla görüşüb. ERP fraksiyasının bir neçə gün öncə səsləndirilən bəyanatından sonra keçirilən bu görüşlərin məqsədi yeni “status-kvo”nu daha da möhkəmləndirmək, sabitləşdirməkdir.
Paşinyan diqqəti növbədənkənar parlament seçkilərinin keçirilməsi senarisinin toxunulmaz olaraq işləyəcəyinə çəkərək yeni bəyanat səsləndirməyib.
Parlamentdəki revanşizm özünü axırıncı dəfə 2 oktyabrda göstərib və daxili siyasi böhran hələ də davam edir. İstənilən halda, artıq aydındır ki, deputatların böyük hissəsi parlamentin buraxılmasını dəstəkləyir, ən böyük iki fraksiya – ERP və “Çiçəklənən Ermənistan” Partiyasının (ÇEP) fraksiyaları isə Paşinyanın istefasından sonra öz namizədlərini irəli sürməyəcəklər. Bu barədə Paşinyanla Qaqik Çarukyan arasında memorundum imzalanıb.
Ümumiyyətlə, Nikol Paşinyan parlament seçkisi öncəsi İrəvan Ağsaqqallar Şurasına seçkilərdən öncəki – hakimiyyət üçün daha çox əlverişli olan “status-kvo”nu bərpa etməyə nail olub. Bu durumda digər siyasi qüvvələr ikinci yer uğrunda mübarizə aparacaqlarını ehtimal etmək heç də çətin deyil.
Beləcə, üç qüvvənin -Nikol Paşinyan bloku, ÇEP və “Daşnaksutyun”- Milli Məclisdəki mozaikası aydındır, intriqa ondan ibarətdir ki, parlamentdəki dördüncü qüvvə kim olacaq.
Hətta mümkündür ki, ERP parlamentdə dördüncü qüvvə olmaq iddiasını irəli sürməsin, seçki öncəsi revanşizm mövzusunu bağlayaraq, bir tərfdən özünü mütləq siyasi fiyaskodan qorusun, digər tərəfdənsə növbədənkənar parlament seçkilərinə "siyasi ölü" olaraq qatılmaq istəməsin.
10 oktyabr tarixində ERP-nin parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan partiyasının növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyilə bağlı verilən suala məqbul cavab verməyib. Baqdasaryan jurnalistlərlə söhbətində qeyd edib ki, ERP belə suallara növbədənkənar parlament seçkilərinin tarixi məlum olarkən cavab verəcək.
Ancaq görünür, ERP, parlament seçkilərində iştirakdan imtina edərək, süni şəkildə olsa belə partiya olaraq öz varlığı qoruyub saxlamağa çalışacaq. Bir sözlə, ERP-nin müqavimət göstərməsi real görsənmir. Bu, bir tərəfdən partiyanı qəti olaraq “siyasi ölüyə”ə çevirir, digər tərəfdənsə imkan verir ki, Paşinyanın komandası cəmiyyəti siyasi sistemi, mahiyyətcə, təslim olmağa məcburetmə tezisi ətrafında cəmləşdirərək, bu “siyasi ölü” vasitəsilə “qorxutsun”.

Politoloq Ehtiram Aşırlı 

Sizin Reklam Yeriniz