Əlaqə Arxiv
news Image
2018.10.16
22:00
| A A A
ABŞ açıqladı: İrəvana güzəşt olmayacaq

ABŞ Ermənistan qarşısında dayanan regional ticarətlə bağlı çağırışları anlayır.

Axar.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

O, ABŞ-ın əvvəlki kimi İranın davranışlarından narahat olduğunu bildirib. Kent çıxışı zamanı İranla ticarət məsələsinə Ermənistana hər hansı güzəşt tətbiq edilməyəcəyini açıqlayıb:

“ABŞ-ın İrana qarşı sanksiyaları bilərəkdən bir neçə sektor və müəyyən şirkətlərə qarşı yönəldilib. Burada söhbət ticarətlə məşğul olan kiçik treyderlərdən getmir. Lakin erməni şirkətləri gürcü və Azərbaycan şirkətləri kimi müştərilərinin kim olduğunu anlamalıdırlar. Biz şirkətləri müəyyən İran təşkilatları ilə ticarət münasibətlərinə girməməyə çağırırıq. Ona görə ki, bu şirkətlər sanksiyalar altına düşə bilər”.

O, sanksiyalarla məşğul olan ABŞ məmurlarının gələn ay Gürcüstan, Ermənistan və Azərbaycana danışıqların davam etdirilməsi üçün gələcəklərini bildirib.

Sizin Reklam Yeriniz